Icma.az
close
up
RU
Yalnız bu halda daha güclü ola bilərik Deputat

Yalnız bu halda daha güclü ola bilərik Deputat

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri QHT-lərinin birgə layihələri Türk dünyasının inteqrasiyasına mühüm töhfələr verəcək".

"Unikal"ın məlumatına görə, bunu TDT-yə üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının (QHT) Platformasının baş katibi Azər Allahverənov deyib.

Deputat TDT-ə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda çıxışı zamanı bildirib ki, forum tarixi bir dövrdə baş tutur: "Mayın 15-də qədim Türk yurdu olan Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçlarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Mayın 17-də isə Bakı şəhərində XIII Ümumdünya Şəhərsalma Forumu öz işinə başlayır. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatı da şəhərsalma üzrə yüksəksəviyyəli dialoq prosesində iştirak etməklə yanaşı, bu tədbirdə həm də təşkilata üzv ölkələrin QHT-ləri bu prosesdə yaxından iştirak edəcəklər. Cari ilin noyabr ayınadək Platformanın fəaliyyət spektrinin genişləndirilməsi üçün həm əməliyyat, həm də institusional səviyyədə bir sıra işlərin yerinə yetirilməsi, o cümlədən bu təsisatın hüquqi statusuna və inkişaf strategiyasına dair qərarların verilməsi nəzərdə tutulur".

A.Allahverənov qeyd edib ki, bu gün Platforma ortaq tarix, mədəni bağlılıqdan, həmrəylik, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərindən irəli gələrək, Türk dünyası çərçivəsində sosial, humanitar və cəmiyyətlərarası əlaqələrin inkişafında mühüm rol oynayır: "Türk xalqları arasında diplomatiyanın, dialoqun, mübadilələrin dərinləşməsi məqsədilə QHT-lər arasında potensialın artırılması, təcrübə və bilik mübadiləsinin geniş şəkildə təşviq olunması istiqamətində öz işini quran Platforma qısa müddət ərzində iki-üç və çox tərəfli tədbirlərin keçirilməsinə nail olubdur. Belə ki, bu müddət ərzində Katibliyin təşəbbüsü ilə Türkiyə, Qazaxıstan, Şimali Kipr QHT-lərinin və beyin mərkəzlərinin iştirakı ilə tədbirlər keçirilib, bu dövlətlərin diplomatik qurumlarının təmsilçiləri ilə görüşlər təşkil olunub, Türk dövlətlərinin media subyektlərində Platformanın fəaliyyətinə dair məlumatlar yer alıb".

Baş katib əlavə edib ki, platformamızda təmsil olunan QHT-lər tərəfindən yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan birgə layihə və fəaliyyətlər xalqlar arasında həmrəyliyin möhkəm təməllər üzərində bərqərar olmasına əlverişli şərait yaradacaq, eyni zamanda, Türk dünyasının inteqrasiyasına mühüm töhfələr verəcək: "Bu məsələlərdə hər birinizin tövsiyə və dəstəyinə ehtiyac var ki, yalnız belə olduğu təqdirdə biz daha güclü və qətiyyətli ola bilərik".

Ağarza Elçinoğlu



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 May 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri