Icma.az
close
up
RU
Deputat: Büdcədən partiyalara maliyyələrin ayrılması müsbət addımdır

Deputat: Büdcədən partiyalara maliyyələrin ayrılması müsbət addımdır

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Siyasi partiyalar demokratik cəmiyyətlərin ayrılmaz tərkib hissəsidir.

Onlar cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını təmsil edir, seçkilərdə iştirak edir və siyasi proseslərdə əhəmiyyətli rol oynayırlar. Lakin partiyaların fəaliyyətini təmin etmək üçün maliyyə resurslarına ehtiyacları danılmazdır. Məhz bu səbəbdən bir çox ölkələrdə dövlət büdcəsindən siyasi partiyalara maliyyə vəsaitlərinin ayrılması praktikası tətbiq edilir. Bu yanaşmanın əsas məqsədi partiyaların müstəqilliyini təmin etmək, korrupsiyanın və qeyri-şəffaf maliyyə mənbələrinin qarşısını almaq, eyni zamanda siyasi rəqabətin ədalətli şərtlər altında formalaşmasını dəstəkləməkdir.

Bəs büdcədən partiyalara maliyyə ayrılması ümumilikdə necə dəyərləndirilməlidir? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Millət Vəkili Vüqar Rəhimzadə bildirib ki, ölkəmizin sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biri dövlət büdcəsidir: 

"Hazırkı dövrdə ölkə mətbuatında əsas müzakirə mövzularından biri üçüncü oxunuşda qəbul olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan qanun layihələridir.  Dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri üzrə 40 milyon manat məbləğində artım istiqamətində dəyişiklik edilir. Dövlət büdcəsinin gəlirləri növbəti il üçün 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407 milyon 600 min manat nəzərdə tutulur. Gələn ilin büdcəsi də sosialyönümlülüyü ilə diqqəti cəlb edir".

Onun sözlərinə görə, dövlət büdcəsindən ayırmalara diqqət yetirdikdə ölkəmizin hərtərəfli inkişafının prioritetliyinin özünü aydın şəkildə nümayiş etdirdiyini görgmək mümkündür. Bildirib ki, dayanıqlı inkişafın təmin edilməsində əsas faktorlardan biri də  demokratik və iqtisadi islahatların vəhdətinin qorunmasıdır. Demokratik inkişafın göstəricilərindən biri isə  siyasi partiyaların  fəaliyyəti üçün zəruri addımların atılmasıdır: 

"Siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində gücləndirilməsi bu gün Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Tarixi Zəfərimizin reallıqları həyatımızın bütün sahələrində yeniləşməni, təkmilləşməni qaçılmaz etdi. Ötən ildən qüvvəyə minən yeni  “Siyasi partiyalar haqqında” Qanun  da bunun təsdiqidir. Hər yeni sənəd təbii ki, qarşıdakı dövr üçün hədəfləri, çağırışları özündə ehtiva edir. Bu baxımdan hər bir ölkənin inkişafında, beynəlxalq əməkdaşlığın  möhkəmlənməsində mühüm rol oynayan siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi Azərbaycan iqtidarının diqqət göstərdiyi əsas məsələlər sırasındadır".

Deputat qeyd edib ki, Azərbaycanda 50-dən artıq siyasi partiyanın qeydiyyatdan keçməsi, onların fəaliyyətləri üçün normal şəraitin yaradılması da demokratik inkişafın təqdimatında öz sözünü deyir: 

"Yeni Qanunun  tələblərinə uyğun olaraq hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Ölkəmizdə dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Ümumilikdə  yeni Qanun müasir dövrün bütün reallıqlarını, tələblərini özündə əks etdirir".

Vüqar Rəhimzadə qeyd edib ki, gələn ilin dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsait artırılıb. Siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsait bir milyon manat və ya 20 faiz artırılır.  Bu ilin sentyabr ayında müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən  parlament seçkilərində qeydiyyatda olan siyasi partiyaların 25-i iştirak edib: 

"Onların 11-i parlamentdə təmsil olunur. Bu rəqəm Azərbaycanın demokratik inkişafının, eyni zamanda, siyasi partiyaların ölkədə gedən proseslərdə fəal iştirakının mühüm göstəricilərindən biridir.  2024-cü ilin büdcəsindən partiyalar üçün 5 milyon manat vəsait ayrılmışdı. Gələn il üçün bu vəsaitin 6 milyon manata çatdırılması müsbət addımdır. Ümumilikdə siyasi partiyaların maliyyə imkanlarının artırılması onların fəaliyyət istiqamətlərinin genişləndirilməsinə stimul verir. Dövlət büdcəsindən maliyyələşmə şəffaflığın təminatında da öz sözünü deyir".

Milli Məclisin deputatı bildirib ki, partiyaların maliyyə imkanlarının artırılması ölkədə siyasi sistemin təkmilləşdirilməsinə öz müsbət təsirini göstərəcək. Dövlətə, dövlətçiliyə xidməti fəaliyyətinin önündə saxlayan siyasi partiyalar tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin yaratdığı reallıqlar əsasında qarşıya qoyulan hədəflərin gerçəkləşdirilməsinə öz töhfələrini verməyə səy göstərirlər: 

"44 günlük İkinci Qarabağ müharibəsi zamanı bu birlik, həmrəylik özünü aydın şəkildə nümayiş etdirdi. Həmin vaxt 50-dən artıq siyasi partiyanın dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü siyasətə dəstəklərini özündə ehtiva edən bəyanatı imzalaması diqqətdən kənarda qalmadı. Bunun ardınca 2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiya YAP-a qoşulmaq barədə qərar qəbul etdi".

Son olaraq V.Rəhimzadə əlavə edib ki, dövlət büdcəsindən maliyyələşmədə əsas hədəflərdən biri də  siyasi partiyaların maliyyəsində şəffaflğın təmin edilməsidir. Çoxpartiyalı parlamentin formalaşması da özündə əsas məqamları açıqlayır. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır və bu proses davamlıdır.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Dekabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see282

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see228

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see136

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri