Icma.az
close
up
RU
Gələn il sosial sahəyə 4,8 milyard xərclənəcək Deputat büdcədən gözləntilərini açıqladı

Gələn il sosial sahəyə 4,8 milyard xərclənəcək Deputat büdcədən gözləntilərini açıqladı

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərini elan edib. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 38,4 milyard manat, xərcləri isə 41,5 milyard manat proqnozlaşdırılır. Bu ilin büdcə proqnozları ilə müqayisədə fiskal gəlirlər 0,2 faiz, xərclər isə 0,3 faiz artacaq. 2026-cı ildə dövlət büdcəsinin kəsiri 3,1 milyard manat olacaq. Gəlir və xərclərə nisbətdə büdcə kəsiri 2,4 faiz təşkil edəcək. Dövlət büdcəsində 1 barel xam neftin qiyməti 65 dollar nəzərdə tutulur.

İqtisadçı, deputat Vüqar Bayramov büdcə proqnozlarını şərh edərkən bildirib ki, qlobal neft bazarındakı volatilliyi nəzərə aldıqda gələn il üçün 1 barel xam neftin qiymətinin 65 dollar müəyyən olunması əvvəlki illərdən fərqli olaraq konservativ yanaşma hesab edilə bilməz.

“1 barel xam neftin qiyməti ilə bağlı əksər beynəlxalq təşkilatların proqnozları 50–60 dollar intervalında dəyişir”, – deyə o, əlavə edib.

İqtisadçı vurğulayıb ki, gələn ilin dövlət büdcəsinin gəlirləri ilə bağlı ən pozitiv məqamlardan biri qeyri-resurs gəlirlərinin ümumi daxilolmalarda payının 57,4 faiz proqnozlaşdırılmasıdır: “Bu, ölkəyə neft pulları daxil olduqdan sonra fiskal gəlirlərimizdə qeyri-neft-qaz sektorunun payı üzrə rekord səviyyədir. Bu il üçün həmin göstərici 52,3 faiz nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, gələn il fiskal diversifikasiya siyasəti daha da dərinləşəcək və neft sektorunun ümumi gəlirlərdə payı azalacaq. Bu, neftdən asılılığın minimumlaşdırılması baxımından təqdirəlayiqdir”.

Deputat xatırladıb ki, gələn il müdafiə və milli təhlükəsizlik üçün 8,7 milyard manat, iqtisadi fəaliyyətə isə 7,6 milyard manat xərclənəcək: “Sosial müdafiə və sosial təminat üçün isə 4,8 milyard manat nəzərdə tutulur. Bu istiqamət üzrə xərclərin büdcədə xüsusi çəkisi 11,7 faiz olacaq. Növbəti il sosial müdafiə və sosial təminat üzrə xərclər 2025-ci illə müqayisədə 121 milyon manat, yaxud 2,54 faiz artacaq”.

V. Bayramov qeyd edib ki, bu maddə üzrə xərclər birbaşa sosial təminatla bağlıdır:
“Bütövlükdə, gələn il sosial xərclərin ümumi büdcə xərclərinin 40 faizindən çoxunu təşkil edəcəyi gözlənilir. Gələn il hansı artımların olacağına gəldikdə isə mövcud qanunvericiliyə əsasən, 2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq. Bu, 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. Bu xərclər büdcədə nəzərə alınıb. Digər istiqamətlər üzrə mənzərə isə detallı büdcə göstəriciləri təqdim olunduqdan sonra aydın olacaq”.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Sentyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri