Icma.az
close
up
RU
Deputat: Dövlət Suverenliyi Günü xalqımızın qəhrəmanlıq irsinin əbədiləşdirilməsidir

Deputat: Dövlət Suverenliyi Günü xalqımızın qəhrəmanlıq irsinin əbədiləşdirilməsidir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı ölkə tarixinə yeni, şanlı bir səhifə kimi daxil oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov səsləndirib.

Deputat bildirib ki, sentyabrın 19-da ölkəmiz üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu əməliyyat nəticəsində Azərbaycan 30 ilə yaxın müddətdən sonra öz beynəlxalq tanınmış ərazisində suverenliyini tam bərpa etdi. Cəmi bir gündən bir qədər az davam edən əməliyyat Azərbaycan ordusunun yüksək peşəkarlığını, texnoloji üstünlüyünü və qətiyyətini bir daha nümayiş etdirdi. Bu hadisə, həmçinin, Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipial mövqeyinin son nöqtəsi oldu. Bu uğurlu əməliyyat nəticəsində Azərbaycan müstəqil xarici siyasətini davam etdirmək və bölgədə liderlik mövqeyini daha da möhkəmləndirmək üçün güclü bir əsas qazandı. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyi tam şəkildə bərpa olundu, konstitusiya quruluşu və hakimiyyətin aliliyi təmin edildi.

Onun sözlərinə görə, bu hadisə Azərbaycanın müasir tarixinə daha bir şərəfli günün daxil edilməsinə səbəb oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması qərara alındı. Bu gün, Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin, amma şərəfli tarixin, 44 günlük müharibədə qazanılan zəfərin, 2023-cü ildə həyata keçirilən antiterror tədbirinin və nəticə etibarilə tam suverenliyə nail olmasının rəmzinə çevrildi.

“Unutmaq olmaz ki, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünün təminatında xalq və ordu birliyi həlledici rol oynadı. Müstəqilliyimizin möhkəmlənməsi və Qarabağda qazanılan tarixi qələbələr məhz bu birliyin nəticəsi oldu. Dövlət Suverenliyi Günü həm də bu qəhrəmanlıq irsinin əbədiləşdirilməsi, xalqın fədakar övladlarının xatirəsinin əziz tutulması deməkdir. Həmin gün şəhidlərimizin müqəddəs qanı ilə yazılmış qəhrəmanlıq salnaməsinin bir daha yad olunması ordumuzun gücünün və xalqımızın iradəsinin dünyaya nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə A.Məmmədov vurğulayıb.

Deputat qeyd edib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması isə bu nailiyyətlərin hüquqi və siyasi təməlini bir daha vurğulayır. Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyən edir, suverenlik isə bu əsasların həyata keçirilməsini təmin edir. Artıq Azərbaycan dövləti tam suverenliyə malikdir, ərazi bütövlüyü təmin edilmiş və daxili sabitlik möhkəmlənmişdir. Bu faktorlar yalnız tarixi ədalətin bərpası deyil, həm də gələcək nəsillər üçün dövlətçilik nümunəsi, milli birlik və həmrəyliyin növbəti təzahürüdür.

“Ötən il sentyabrın 20-də Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxış edən dövlətimizin başçısı bildirdi ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etdi: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”. Beləliklə, Əməliyyat BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və beynəlxalq hüququn Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müddəalarının yerinə yetirilməsi olmaqla ölkəmizin regionda sülhün və təhlükəsizliyin təminatçısı kimi çıxış etməyə qadir olduğunu göstərdi. Bu, beynəlxalq hüquq normalarının pozulmasının qəbuledilməz olduğunu bir daha sübut etdi, Azərbaycan Ordusunun yüksək peşəkarlığını, müasir hərbi texnologiyalardan istifadə qabiliyyətini və döyüş ruhunu nümayiş etdirdi”, - deyə Anar Məmmədov fikirlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see225

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see212

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see202

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see202

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see176

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see172

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see170

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see165

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see159

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see154

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see144

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see143

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see142

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see142

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see141

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see139

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri