Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Dövlət İdarəçilik Akademiyasında Dövlət Suverenliyi Günü qeyd olunub

Dövlət İdarəçilik Akademiyasında Dövlət Suverenliyi Günü qeyd olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Heydər Əliyev Mərkəzində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.

DİA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, dövlət suverenliyinin bərpası və qorunması sahəsində görülən işlərə və bu istiqamətdə əldə edilən uğurların təhlilinə həsr olunub.

Tədbiri açan Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yoluna nəzər salaraq qeyd edib ki, bu illər ərzində ölkəmiz mühüm siyasi, iqtisadi və hərbi uğurlar əldə edib. Müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla, Ermənistanın hərbi təcavüzü və xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşmişdi. Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi.

Urxan Ələkbərov çıxışında, həmçinin 2020-ci ilin 44 günlük Vətən müharibəsinin, eləcə də 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin əhəmiyyətindən danışıb. O bildirib ki, bu tarixi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən dövlət idarəetməsi strategiyasının məntiqi nəticəsidir. Bu strategiyanın əsasını güclü ordu quruculuğu, milli həmrəyliyin möhkəmləndirilməsi və beynəlxalq müstəvidə prinsipial mövqe təşkil edib.

Akademik vurğulayıb ki, məhz bu uğurların nəticəsi olaraq, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günüdür.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsinə aparan tarixi-siyasi prosesləri, 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin hüquqi əsaslarını və beynəlxalq kontekstdə yaratdığı reallıqları ətraflı təhlil ediblər.

Milli Məclisin deputatı, professor Elman Nəsirov bildirib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində zəif və zəbt olunmuş bir dövlət statusundan bu gün regionun əsas siyasi və hərbi güc mərkəzinə çevrilib. O, ölkənin siyasi liderliyinin qətiyyətli addımlar ataraq suverenlik və ərazi bütövlüyü prinsipini dəqiq və ardıcıl şəkildə həyata keçirdiyini qeyd edib.

Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru Havva Məmmədova çıxışında Azərbaycanın dövlətçilik tarixində müstəqilliyin bərpasının və qorunmasının ciddi sınaqlardan keçdiyini vurğulayıb. O, 2020-ci ildəki Zəfərimizə qədər olan dövrü təhlil edərək, bu uğurların təkcə hərbi sahədə deyil, həm də diplomatik və ideoloji sahədə aparılmış uzunmüddətli mübarizənin nəticəsi olduğunu diqqətə çatdırıb.

DİA-nın Beynəlxalq münasibətlər kafedrasının professoru və “Qarabağ Araşdırmalar Mərkəzi”nin rəhbəri Elçin Əhmədov çıxışında 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirlərinin beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirildiyini vurğulayıb. O bildirib ki, bu tədbirlər nəticəsində qondarma rejim özünü buraxdı, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan bütün əraziləri üzərində suverenlik tam təmin olundu və dövlətin nəzarət funksiyası tam bərpa edildi.

Tədbir iştirakçıları vurğulayıblar ki, sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd olunması təkcə tarixi qələbəmizin rəsmiləşdirilməsi deyil, həm də gələcək nəsillərə milli ruhun, dövlətçilik ənənələrinin aşılanması baxımından böyük əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri