Deputat dron uçuşu na görə Müdafiə Nazirliyinə irad tutdu
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir neçə gün öncə Bakı səmasında dronların uçması ilə bağlı yayılan məlumatlar Milli Məclisdə gündəmə gətirilib.
Modern.az xəbər verir ki, bu hadisədən Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bəhs edib.
O qeyd edib ki, bu məsələ “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda qeyd olunur, dövlətin siyasəti informasiya fazasında milli təhlükəsizliyi təmin etməkdir.
“Bu kimi hallarda, yəni geniş ictimai rezonans doğuran hadisələr haqqında məlumat verilməyəndə bu, çoxsaylı şayiələrin yayılmasına səbəb olur və bu şayiələrin böyük bir qismi də çox təəssüf ki, dövlət və dövlət orqanlarının gözdən salınmasına yönəlib”.
“Müvafiq dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər və ictimaiyyəti zamanında bu barədə məlumatlandırmalıdırlar ki, müxtəlif şayiələr yayılmasın. Mənim sadəcə olaraq qeyd etmək istəyim bundan ibarət idi və xahiş edirəm ki, Milli Məclisin Aparatı bu çıxışımı Müdafiə Nazirliyinə bir deputat sorğusu kimi göndərsin və onlar ictimaiyyəti bu barədə məlumatlandırsınlar”- o sonda qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 17 Mart 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















