Deputat Ədliyyə Nazirliyinə təşəkkür etdi
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
“İnsan müraciətinə vaxtında cavab alanda, probleminə obyektiv yanaşıldığını görəndə dövlətə inamı da güclənir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin iclasında çıxışı zamanı deyib.
Deputat Ədliyyə Nazirliyinin rəhbərliyinə və qurumun əməkdaşlarına təşəkkürünü bildirərək, son bir ayda nazirliyin fəaliyyətində müşahidə etdiyi müsbət dəyişiklikləri, vətəndaş müraciətlərinə çevik reaksiyanı və məsələlərə diqqətli yanaşmanı yüksək qiymətləndirib.
Onun sözlərinə görə, dövlət qurumlarının fəaliyyətinə qiymət yalnız qəbul edilən qərarlarla deyil, vətəndaşlarla münasibətlə də ölçülür. Müraciətlərə vaxtında cavab verilməsi və problemlərə obyektiv yanaşılması dövlətə inamın möhkəmlənməsində mühüm rol oynayır.
Razi Nurullayev şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin olunması və müraciətlərə daha həssas yanaşılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.
Deputat ədliyyə naziri Fərid Əhmədovun rəhbərliyi altında çalışan əməkdaşlara təşəkkür edib, şəffaflıq və operativlik sahəsindəki müsbət dinamikanın davam etməsini arzulayıb.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 16 Oktyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















