Icma.az
close
up
RU
Deputat Elnarə Akimovanın təşəbbüsü ilə alimlər və yazarlar məktəblilərlə görüşdü

Deputat Elnarə Akimovanın təşəbbüsü ilə alimlər və yazarlar məktəblilərlə görüşdü

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mayın 3-də Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən 6 saylı tam orta məktəbdə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Məktəb, elm və ədəbiyyat” layihəsinin növbəti görüşü keçirildi. Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovanın ideya müəllifliyi və təşəbbüsü ilə həyata keçirilən tədbirin məqsədi məktəblərdə mütaliənin təşviqi, uşaqların yazıçılar və alimlərlə birbaşa ünsiyyətinin qurulması, şagirdlərimizə oxu mədəniyyətinin aşılanmasıdır. 

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Məktəblilərin rəsm əsərlərindən ibarət sərgi qonaqlarda xoş təəssürat yaratdı. Sərgi ilə tanışlıq zamanı şagirdlərin yaradıcılıq potensialı və incəsənətə marağı xüsusi diqqət çəkdi.

Daha sonra alimlər və yazarlar məktəb kitabxanasına kitablar hədiyyə etdilər. Bu təşəbbüs layihənin əsas məqsədinə — məktəblərdə mütaliə mühitinin gücləndirilməsinə xidmət edən praktik addım kimi dəyərləndirildi.

Görüşdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatları Elnarə Akimova və Mehriban Vəliyeva, Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəsi Lalə Hacıyeva, Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin əməkdaşları, dəyərli uşaq yazarlarımız Rafiq Yusifoğlu, Reyhan Yusifqızı, Sevinc Elsevər, Əziz Sultan, şairlərdən İbrahim İlyaslı və Elvin Əlizadə iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev belə görüşlərin uşaqların mütaliəyə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı. O qeyd etdi ki, kitabın məktəb həyatında yenidən əsas mövqeyə qayıtması üçün müəllimlərin, valideynlərin və ictimaiyyətin birgə səylərinə ehtiyac var.

Daha sonra söz alan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə çıxışında uşaqlıq xatirələrinə qayıdaraq ilk dəfə dörd yaşında "Göyərçin” jurnalını oxuduğunu və həmin jurnalın onda mütaliəyə böyük maraq yaratdığını bildirdi. Bu səmimi etiraf məktəblilər tərəfindən maraqla qarşılandı.

İsa Həbibbəyli daha sonra Azərbaycan maarifçilik tarixinin mühüm mərhələlərindən danışaraq XIX əsrin ikinci yarısını milli düşüncənin formalaşdığı, təhsilin və mədəniyyətin inkişaf etdiyi dövr kimi xarakterizə etdi.

Akademik Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə və digər maarifçi ziyalıların Azərbaycan cəmiyyətinin inkişafındakı xidmətlərini xüsusi vurğuladı. O qeyd etdi ki, bu şəxsiyyətlərin irsi bu gün də məktəb, elm və ədəbiyyat sahəsində aparılan işlərin ideya əsaslarından biri olaraq qalır.

Çıxış zamanı Ümummilli Lider Heydər Əliyevin elm və təhsilin inkişafına göstərdiyi diqqətdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin uğurla davam etdirilməsindən də bəhs edildi.

Layihənin rəhbəri, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova çıxışında "Məktəb, elm və ədəbiyyat” layihəsinin yaranma məqsədindən və onun əsas ideya xəttindən geniş bəhs etdi. O bildirdi ki, layihənin başlıca hədəfi region məktəblərində mütaliə mühitini gücləndirmək, uşaqları yazıçı və alimlərlə birbaşa ünsiyyətə gətirmək və kitabı yenidən gündəlik həyatın vacib bir hissəsinə çevirməkdir.

Elnarə Akimova qeyd etdi ki, müasir dövrdə informasiya bolluğu içində böyüyən uşaqlar üçün kitab oxuma vərdişinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır: "Biz istəyirik ki, uşaq kitabı təkcə dərs vəsaiti kimi deyil, həyatının bir parçası kimi qəbul etsin. Kitab oxuyan uşaq düşünən uşaqdır, düşünən uşaq isə sabahın məsuliyyətli vətəndaşıdır. Bu baxımdan regionlarda mütaliə mühitinin gücləndirilməsi bizim üçün strateji əhəmiyyət daşıyır.”

Deputat vurğuladı ki, layihə təkcə bir tədbir silsiləsi deyil, eyni zamanda davamlı bir maarifçilik hərəkatıdır. Onun sözlərinə görə, məktəb, yazıçı və elmin bir platformada birləşməsi uşaqların dünyagörüşünün formalaşmasına, onların ədəbiyyata marağının artmasına ciddi təsir göstərir: "Biz bu görüşləri formal bir tədbir kimi yox, canlı ünsiyyət, fikir mübadiləsi və ilham mənbəyi kimi görürük. Uşaqların gözündəki maraq və sevgi bizim üçün ən böyük nəticədir.”

Elnarə Akimova çıxışında həmçinin layihənin həyata keçirilməsinə dəstək göstərən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevaya, məktəb rəhbərliyinə, pedaqoji kollektivə, Lalə Hacıyevaya, tərəfdaş qurumlara, moderator, Sumqayıt şəhər 35 saylı məktəbin müəllimi Nigar Vəliyevaya və tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürünü ifadə etdi.

Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxışında tədbirdə iştirak edən məktəblilərin fəallığını yüksək qiymətləndirdi. O qeyd etdi ki, uşaqların gözlərində kitaba olan marağı və sevinc hissini görmək son dərəcə təsirlidir: "Bu gün burada səslənən şeirlər, uşaqların hazırladığı proqram göstərdi ki, onlar bu görüşü səbirsizliklə gözləyiblər və böyük həvəslə hazırlaşıblar.”

Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə isə çıxışında kitabın və mütaliənin təbliğinin dövlətin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirdi. O, Nazirliyin bu kimi layihələrə dəstəyinin davam edəcəyini vurğuladı və Elnarə Akimovanın təşəbbüsünün əhəmiyyətini xüsusi qeyd etdi.

Rəsmi çıxışlardan sonra söz yazarların oldu. Rafiq Yusifoğlu, Reyhan Yusifqızı, Sevinc Elsevər, Əziz Sultan, İbrahim İlyaslı və Elvin Əlizadə uşaqlarla səmimi söhbət apararaq oxumağın, yazmağın və mütaliənin insan həyatındakı rolundan danışdılar.

Rafiq Yusifoğlunun səsləndirdiyi "Şar və balaca qız” şeiri zalda duyğusal anlar yaşatdı. Elvin Əlizadənin Sumqayıta həsr etdiyi şeir isə iştirakçıların böyük rəğbəti ilə qarşılandı.

Məktəblilər tanınmış yazarların şeirlərini səsləndirdilər, mahnılar oxudular, rəqs nömrələri nümayiş etdirdilər. Uşaqların hazırladığı proqram tədbirin ən canlı hissələrindən biri kimi yadda qaldı.

Tədbirin sonunda məktəbin direktoru Qönçə Səftərova çıxış edərək qonaqlara və təşkilatçılara minnətdarlığını bildirdi. O qeyd etdi ki, belə görüşlər məktəblilərin dünyagörüşünün formalaşmasında, onların elmə və ədəbiyyata marağının artırılmasında mühüm rol oynayır.

Beləliklə, Sumqayıtda keçirilən növbəti görüş bir daha göstərdi ki, məktəb, elm və ədəbiyyatın vəhdəti təkcə maarifçilik missiyası daşımır, həm də uşaqlarda oxumaq, düşünmək və öyrənmək həvəsini gücləndirən mühüm ictimai platformadır. Layihənin əsas uğuru da məhz budur: kitabı yenidən uşaqların gündəminə gətirmək və onu həyatın vacib dəyərlərindən birinə çevirmək! 

Çünki kitabın olduğu yerdə düşüncə var. Düşüncənin olduğu yerdə isə inkişaf və Azərbaycanın sabahı üçün əminlik! 

Yaşasın kitab və kitaba sevgini yaşatmaq üçün qaranlıqda bir şam olmağı bacaran insanlar, əməllər və ideallar!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyun 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

14 İyun 2026 15:50see227

İstanbulda ağır yol qəzası Avtomobil yandı VİDEO

14 İyun 2026 23:25see197

“İsrail Beyrut hücumundan əvvəl ABŞ ni xəbərdar edib” − “Axios”

14 İyun 2026 18:11see197

Bu həftədən onların maddi vəziyyəti dəyişəcək

15 İyun 2026 05:17see190

Rusiyada müsəlman təşkilatına qarşı xuliqanlıq edilib...

14 İyun 2026 23:15see182

Paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı Çox sayda ölənlər var VİDEO

14 İyun 2026 23:37see182

Hitlerin sonuncu pilotu öldü: 81 təyyarə vurmuşdu

14 İyun 2026 22:49see180

İtaliyada keçmiş general Meloniyə siyasi rəqib oldu

14 İyun 2026 20:57see178

İsrail Beyrutu yenə vurdu

14 İyun 2026 14:53see178

Paşinyanın partiyası Ermənistan parlamentində konstitusion çoxluq əldə edib

14 İyun 2026 23:39see177

Deputat jurnalisti həbs etdirib

15 İyun 2026 18:27see175

Tramp İsrailin Beyruta zərbəsini pislədi

14 İyun 2026 21:04see172

Ultimatum və siyasi tələ: Zelenski onlara qalib gəldi

14 İyun 2026 13:53see172

Pulu hər şeydən üstün tutduğu deyilən 5 bürc Astroloqların siyahısı

14 İyun 2026 23:21see169

Zelenski Trampla görüşəcək

14 İyun 2026 22:48see163

Oman sahillərində Hindistan gəmisi batıb

14 İyun 2026 19:22see163

Rusiyada müsəlman təşkilatına qarşı xuliqanlıq edilib...

14 İyun 2026 20:03see160

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

16 İyun 2026 05:42see158

10 saniyədə ən dadlı qarpızı tapmağın üsulu

14 İyun 2026 22:17see157

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

16 İyun 2026 02:46see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri