Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Elnarə Akimovanın “MÜSAHİBƏ QƏZASI” KONKRET

Elnarə Akimovanın “MÜSAHİBƏ QƏZASI” KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu günlərdə tənqidçi, ədəbiyyatşünas Elnarə Akimova (modern.az-a) müsahibəsinin bir yerində qayıdır ki, “Bu gün tənqidin esse janrı daha funksionaldır. Yaxşı tənqidçi təfəkkürə malik şəxslər var, amma tənqid ədəbiyyatımızın kollektiv zəkası kimi üzdə deyil. Bir məqamı da qeyd edim, bu gün ədəbi tənqiddə yeni imzalara az halda təsadüf olunur. Gənclər, demək olar ki, artıq bu sahəyə axın etmirlər. Əlbəttə, tənqidçi olmaq çətindir, cari ədəbi prosesi oxuyub, izləmək, dəyərləndirmək çətin prosesdir.”

Əvvəla, onu deyim ki, hazırkı çağımızda tənqidin esse janrının daha funksional olmasından söz açarkan səbəbi də göstərmək lazımdır, hörmətli Akimova!… Niyə məhz tənqidin esse janrı bugün daha funksionaldır? Səbəb nədir?

Bugün bu mühitdə tənqidin esse janrının daha funksional olmasına səbəb ədəbi tənqidlə (təhlillə), ədəbiyyatşünaslıqla məşğul olanların daha kreativ olması YOX(!), mövcud tənqidçilərin, ədəbiyyatşünasların ƏDƏBİ HƏQİQƏTLƏRdən, sənətin mahiyyəti üzrə çıxışetmə tərzindən yayınması, uzaq olmasıdır. Məhz real səbəb də budur… Mətn həqiqətləri, mətn xüsusiyyətləri prizmasından çıxış edə bilmirlər (və ya çıxış etmək istəmirlər), bu zaman başlayırlar essevari “metodla” necə deyərlər, baş qatmağa. Sanki “plan” doldururlar…

İndisə gələk məsələnin digər tərəfinə, ay gözəlim məmləkətin Elnarə Akimovası… Bəs yaxşı, guya bir tənqidçi (təhlilçi), ədəbiyyatşünas olaraq bu illər ərzində sizlər (Tehran Əlişanoğlular, Elnarə Akimovalar, Cavanşir Yusiflilər, Rüstəm Kamallar, Əsəd Cahangirlər, Vaqif Yusiflilər və.s…) nələr edə bildiniz ki? Yalnız (və yalnız!) gerçək (bozluqdan kənar!) ƏDƏBİYYATın özülünə, energetik — idraki sferasına, qatına, gerçək mahiyyətinə söykənən fundamental, bütöv bir TƏNQİD (TƏHLİL) MODELİ ortaya qoydunuzmu?

SƏNƏTin “mutasiyaya” uğramış (uğradılmış!) halına söykənən,.. tərkibcə ədəbi düşüncə tərzinin ibtidai mərhələsini tərk etməyən,.. gerçək ədəbi meyarların inkarından və irrasionalizmdən yoğrulan… TRAFARET YAZI VƏRDİŞLƏRİnizdən, eyni zamanda düşüncənin psixoloji təzimetmə manerasından qaynaqlanan, “boz ədəbiyyat”ın konservatizmliyini ifadə edən, qeyri – peşəkar təhlil mexanizmindən qopa bildinizmi?

ƏLBƏTTƏ Kİ, YOX!..

Bir qrupunuz ümumiyyətlə təfəkkür olaraq kütləviləşmiş qatı aşa bilmədi. Yəni, məişət təsəvvür mexanizmindən, ədəbi məsələlərə kütlə psixologiyası ilə yanaşma “adətindən” çıxa bilməyib, gerçək YARADICILIQ PROSESİnin fəlsəfi — energetik — idraki qatına çatmaq gücünü özündə tapmadı.

Bir qrupunuz öz fundamental idraki potensialını müəyyən “maraqlar”ın xroniki əsirinə çevirib, ədəbi prinsiplərə xəyanət etdi…

Bir qrupunuz sənət meyarlarını bir kənara qoyub, eləcə yanaşdığı bədii məhsulun müəllifi qarşısında psixoloji itaətkarlıq sindiromu yaşamaq və o itaətkarlıq sindiromundan doğan “ədəbi fanatizmlik” göstərdi…

Digər bir qrupunuz isə ədəbi tənqiddə (təhlildə) “universallıq” göstərib, yuxarıda sadaldığım bütün “situasiyaları” qələminin fonunda ifadə etdi.

… VƏ NƏHAYƏT, sizlər müasir ədəbi prosesi “travmatik hal”a gətirən, “qəzalı vəziyyət”ə salan imzalarsınız. İlin – günün bu çağında daha SÖZ də tapmırsınız danışmağa, yazmağa…

Emil Rasimoğlu
şair-publisist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Dekabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri