Icma.az
close
up
RU
Deputat: “Ermənistan üçün sərfəli əməkdaşlıq qapısı Azərbaycandır”

Deputat: “Ermənistan üçün sərfəli əməkdaşlıq qapısı Azərbaycandır”

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ermənistana yüklərin, o cümlədən taxıl daşımalarının ən sərfəli marşrutu Azərbaycan ərazisindən keçən yoldur”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, torpaqlarımızın bir hissəsi işğal altında olduğu üçün 2025-ci ilə qədər Ermənistana yüklər Rusiya–Gürcüstan ərazisi vasitəsilə çatdırılırdı:
“Bu isə nəqliyyat xərclərinin artmasına və nəticədə taxılın son qiymətinə əlavə yük düşməsinə səbəb olurdu. Artıq Azərbaycandan keçən taxıl Ermənistana daha ucuz başa gəlir. 
Eyni zamanda, gələcəkdə digər yüklərin də Azərbaycan vasitəsilə Ermənistana daşınması mümkün ola bilər. Yəni Ermənistan Azərbaycanla normal münasibətlərin onun üçün ilk növbədə iqtisadi baxımdan sərfəli olduğunu başa düşməyə başlayır. 
Təsadüfi deyil ki, Ermənistana gedən taxılın Azərbaycandan keçəcəyi ilə bağlı məlumat yayılandan sonra Ermənistanın baş naziri Azərbaycana təşəkkür edib”.
Deputat bildirib ki, gəlcəkdə iki ölkə arasında digər iqtisadi əlaqələr də bərpa edilə bilər:
“Birgə iqtisadi layihələr həyata keçirilə, Ermənistan Azərbaycandan ucuz qaz, neft və yanacaq ala, həmçinin sərfəli kreditlər əldə edə bilər. 
Azərbaycanla münasibətlərin bərpası avtomatik olaraq Türkiyə ilə münasibətlərin də bərpası deməkdir. Ermənistanın həm hakimiyyəti, həm müxalifəti, həm də vətəndaşları Azərbaycanla münasibətlərdə uzun illər itirdiklərinin fərqinə varmalıdırlar. Bu münasibətlərin hər gün bərpası Ermənistan üçün böyük iqtisadi və siyasi səmərə gətirə bilər”.
Leyla Turan 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Noyabr 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri