Icma.az
close
up
RU
Türk dünyasının qapısı Azərbaycandır Naci Yengin

Türk dünyasının qapısı Azərbaycandır Naci Yengin

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Professor: “Dünyadakı 400 milyon türkün ortaq günü artıq reallıqdır”

Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin ikinci günüdür. Türk Dünyası Həftəsi çərçivəsində Bakıda keçirilən tədbirlər türk dövlətləri arasında əməkdaşlıq, ortaq dəyərlər və inteqrasiya məsələlərini yenidən gündəmə gətirib.

Türk Dünyası Tarixi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, tarixçi professor Naci Yengin Sherg.az-la “Türk Dünyası Həftəsi” ilə bağlı fikirlərini bölüşüb:

"1926-cı ildə keçirilən Bakı Türkologiya Qurultayından bəri 100 il keçib. 100 il sonra türk dövlətləri artıq təkcə mədəni baxımdan deyil, siyasi, beynəlxalq konyunktur baxımından da əməkdaşlıqlarını və qardaşlıqlarını möhkəmləndirməyə başlayıblar.

Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın yer aldığı Türk Dövlətləri Təşkilatının 6-7 oktyabr 2025-ci il tarixlərində Qəbələdə 12-ci toplantısı keçirildi. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə qəbul edilən “Beynəlxalq Türk Günü” bu gün bütün türk dövlət və topluluqlarını əhatə edən və dünyada yaşayan 400 milyon türkün günü kimi qəbul edilir. Bu münasibətlə Azərbaycanın ev sahibliyi ilə keçirilən Türk Günü tədbirlərində 25 ölkədən yüzlərlə iştirakçı iştirak edib.

Türk Dünyası Strateji Araşdırmalar Mərkəzi- TARSAM olaraq hər zaman dəstəklədiyimiz Azərbaycanın ev sahibliyi ilə həyata keçirilən bu fəaliyyətlərlə qürur duyuruq".

Professor qeyd edib ki, Beynəlxalq Türk Günü tədbirləri bu ildən sonra Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin dəstəyi və iştirakı ilə hər il fərqli bir ölkədə keçirilməlidir:

"Türk dövlətləri və xalqlarının qardaşlığına, təhsil, mədəniyyət, iqtisadiyyat, ticarət və texnoloji investisiyalara xüsusi önəm verilməlidir.

1926-cı ildə Bakıda keçirilən Türkologiya Qurultayının əsas məqsədi türk xalqlarının dilində və əlifbasında dəyişikliklər etmək idi. Yəni türk xalqlarının eyni əlifba və ortaq türk dili ilə danışmasını və yazmasını təmin etmək idi. Lakin zaman keçdikcə Sovetlər Birliyinin təsiri nəticəsində bu məqsəd həyata keçirilə bilmədi.

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci toplantısından sonra aydın oldu ki, türk dövlətləri təkcə dil birliyini deyil, həm də əməkdaşlığı və fikir birliyini təmin etməlidirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə keçirilən bu Türkologiya Qurultayında ortaya qoyulan fikirlər yeni ideyaların meydana çıxmasına zəmin yaradır. Xüsusilə türk xalqları arasında dil və düşüncə birliyinin təmin olunması, bunun üçün zəruri infrastrukturun yaradılması və türk dövlətlərinin ortaq hərəkət etməsi vacibdir".

Naci Yengin vurğulayıb ki, prezident İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli qərarına əsasən Bakıda davam edən “Beynəlxalq Türk Günü” yalnız mədəni tədbir deyil, eyni zamanda beynəlxalq siyasi mövqeyin də göstəricisidir:

"Müasir beynəlxalq sistemdə birlikdə güc olmağın əhəmiyyəti aydın şəkildə görünür. Türk dövlətlərinin birgə təşkil etdiyi “Beynəlxalq Türk Günü”nün dünyaya mühüm mesaj verdiyi ortadadır. Türk Birliyi təkcə mədəni deyil, həm də siyasi, ictimai, hərbi, texnoloji, iqtisadi və strateji gücdür.

Bakıda keçirilən “Beynəlxalq Türk Günü” Azərbaycanın strateji əhəmiyyətini artırır. Eyni zamanda Zəngəzur dəhlizi, Qafqaz və Türküstana açılan qapıda yerləşən güclü siyasi, mədəni, iqtisadi və hərbi potensialı sayəsində Azərbaycanın türk dövlətləri və region ölkələri arasında nüfuzunun və gücünün gündən-günə artmasına kömək edir.

Biz də hər zaman türk dövlətləri və topluluqlarının yanındayıq. Bakıda keçirilən “Beynəlxalq Türk Günü”nün yekununda türk dünyasını yaxından maraqlandıracaq inkişafları dəstəkləyirik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 İyun 2026 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri