Icma.az
close
up
RU
Deputat: Fərqli qütblərin Azərbaycana olan etimadı diqqət cəlb edir ŞƏRH AZƏRTAC

Deputat: Fərqli qütblərin Azərbaycana olan etimadı diqqət cəlb edir ŞƏRH AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin Dmitri Kiselyova müsahibəsi beynəlxalq müstəvidə, o cümlədən regionumuzda baş verən geosiyasi proseslərin dəqiq analizi, dərin analitik təhlili və praqmatik yanaşma ilə səciyyələnir. Bu fakt dövlətimizin başçısının dünya miqyasında nəhəng siyasi Lider kimi obrazını bir daha təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat bildirib ki, dövlətimizin başçısı müsahibədə çox mühüm siyasi məqamları diqqətə çatdırıb, eləcə də yeni reallıqlar şəraitində həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıq ilə əlaqədar Azərbaycanın mövqeyini bəyan edib. Müsahibədə Azərbaycanın həyata keçirdiyi müstəqil siyasətin önəmi, bu siyasət nəticəsində fərqli qütblərin ölkəmizə olan etimadı xüsusilə diqqəti cəlb edir.

“Keçmiş təcrübələrə əsaslanaraq Azərbaycan bu gün də danışıqlar - sülh uzlaşması üçün ideal məkandır. Sirr deyil ki, NATO-Rusiya münasibətləri hazırda ən gərgin və böhranlı dövrünü yaşayır. Bakı isə həm hərbi, həm siyasi, həm də coğrafi mövqeyi ilə bu münaqişəni dialoq axarına salacaq az sayda ölkələrdəndir. Bu baxımdan əvvəlki dövrlərdə olduğu kimi, bu gün də Qərblə Rusiya arasındakı hazırkı siyasi gərginliyin daha ağır fazalara keçməməsi üçün Bakının danışıqlar məkanı kimi funksional fəaliyyəti müsbət nəticələrə yol açacaq.

Digər tərəfdən, Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Prezident İlham Əliyevin dediyi kimi, dünyada ikinci belə ölkə yoxdur. Bütün bunlar Prezident İlham Əliyevin dünya miqyasında güclü siyasi Lider, Azərbaycanın sabitləşdirici aktor kimi kimi həyata keçirdiyi siyasətin nəticəsidir”, - deyə S.Vəliyev vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Dekabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri