Icma.az
close
up
RU
Deputat: Görməzdən gələ bilmərik, Azərbaycan seyrçi qalmayacaq

Deputat: Görməzdən gələ bilmərik, Azərbaycan seyrçi qalmayacaq

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvəsindən sonra Azərbaycan və Türkiyə rəsmiləri ilə Ermənistan təmsilçiləri arasındakı danışıqlar məncə, əvvəlki prinsip üzrə aparılır. Yəni Bakı və Ankara razılaşdırılmış şəkildə, birgə hərəkət edirlər. Kommunikasiyaların açılmasına hazırlıqların görüldüyü haqda xəbərlər, Türkiyənin xarici işlər naziri Hakan Fidanın gələn ilin birinci yarısında baş verəcək olaylarla bağlı açıqlaması ilk növbədə Ermənistan vətəndaşlarının vəziyyəti düzgün qiymətləndirmələrinə yardım xarakteri daşıyır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev Türkiyə xarici işlər naziri Hakan Fidanın İrəvanla Bakı arasında sülh sazişinin imzalanması ilə bağlı səsləndirdiyi fikir şərh edərkən deyib.

Bununla belə, deputat onu da bildirib ki, arxalarında kimin durmasından asılı olmayaraq revanşistlərin Ermənistanda hakimiyyətə gəlmələrinə Azərbaycan istənilən halda seyrçi yanaşmayacaq: “Ən yüksək səviyyədə belə bir xəbərdarlıq artıq edilib. 

Xatırladım ki, bir neçə gün öncə Ermənistan Prezidenti Vaahn Xaçatryan Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin Vaşinqton razılaşmasına əməl edəcəyinə, ölkəsinin torpaq bütünlüyünə toxunulmayacağına inandığını bildirmişdi. O da, soydaşları da əmin olsunlar ki, Azərbaycan Prezidenti öhdəliyə sədaqətli olduğu kimi xəbərdarlığına da sədaqətlidir. Bunun üçün sadəcə 2022-ci ilin 12-14 sentyabr döyüşlərinin niyə baş verdiyini və ondan öncə hansı xəbərdarlığın edildiyini yadlarına salmaları yetər”.

Deputat Xankəndidə erməni əsilli şəxsin törətdiyi təxibata gəldikdə isə deyib ki, Qarabağ Universitetinin Klinikasının, tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı günü silahlı təxribat törətmək cəhdində suçlandırılaraq həbs edilən Karen Avanesyan kimdir, hara bağlı olması, törətdiyi əməlin məqsədi aydınlaşdırılmalıdır. “Əminəm ki, gec-tez bununla bağlı rəsmi açıqlama olacaq. Və ona da əminəm ki, son üç ayda böyrümüzdə 3 dəfə hərbi təlim keçirənlər Karen Avanesyandan qəhrəman, yaxud da qurban düzəltməyə cəhd edəcəklər. Yəni bu olay ətrafında geniş informasiya təxribatına əl atacaqlar, bəlkə, həm də nələrisə ört-basdır etmək üçün.

Bütün hallarda dünənki olay dövlət və millət olaraq sayıqlığımızı daha da artırmamızı tələb edir. Xankəndidə klinikayla tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı günü baş verənlər göstərir ki, avanesyanyanları bizə nifrət ruhunda bəsləyənlər, onları əbədi düşmənçiliyə, terrora yoluxduranlar elə də qalmaları, sağalmamaları üçün bacardıqlarını edəcəklər. Biz bunu görməzdən gələ bilmərik”, - deputat qeyd edib.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Sentyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see308

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see213

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see203

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see188

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see167

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see161

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see155

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see154

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see150

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see142

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see141

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see139

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see137

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see129

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see127

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see124

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see122

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri