Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

525 ci qəzet Azərbaycan Rusiya tərəfinin təhdidlərinə seyrçi qalmayacaq

525 ci qəzet Azərbaycan Rusiya tərəfinin təhdidlərinə seyrçi qalmayacaq

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Məlum olduğu kimi, Rusiyada Azərbaycan əleyhinə kampaniya başladılıb. Bu kampaniyada bir sıra deputatlar, siyasətçilər, media aktiv iştirak edir. Hətta deputatlar səviyyəsində ölkəmizə qarşı təhdidedici açıqlamalar verilir, Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılması, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılması, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi və s. bu kimi iddialar irəli sürülür. Həmçinin, azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri küçə jarqonundan istifadə etməklə təhqir edirlər. AZAL təyyarəsinin vurulmasından sonra öz məsuliyyətindən yayınmağa çalışan Moskva Bakıda qanunsuz fəaliyyət göstərən "Rus evi" ilə bağlı rəsmi qərara Nikolay Valuyev, Yevgeni Popov kimilərin dili ilə parlamentdə və digər seqmentlərdə Azərbaycan əleyhinə şər kampaniyası ilə cavab verməyə çalışırlar. Onu da qeyd edək ki, Azərbaycan XİN Nikolay Valuyevi Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələrə görə Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və onun ölkəmizə girişinə qadağa qoyulub.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib: "Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan təyyarəsini vuran, kompensasiya ödəmək, cinayətkarları cəzalandırmaq istəməyən və bizə qarşı ciddi addımlar atmağa çalışan Rusiya indi də şərbazlıqla məşğuldur. Azərbaycana qarşı müxtəlif tədbirlərə əl atan, təxribatlar törədən Rusiya bu gün də eyni ritorikanı davam etdirməyə çalışır".

Deputat bildirib ki, əslində hər şey göz qabağındadır, cinayəti kimin törətdiyi hər kəsə məlumdur: "Əgər Nikolay Valuyevi bizim üstümüzə qaldıranlar, bu ağılın sahibləri düşünürlərsə ki, bu cür addımlarla, səhvlərlə Azərbaycanın mövqeyinə təsir göstərə bilərlər, bizi mövqeyimizdən daşındıra bilərlər, onlar yanılırlar. Bilməlidirlər ki, bu cür məsələlər bizim mövqeyimizə təsir göstərə bilməz".

Deputat əlavə edib ki, "Rus evi" Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərirdi, əgər onlar burda fəaliyyət göstərmək istəyirdilərsə, bu fəaliyyət qanun çərçivəsində olmalı idi: "İllər öncə Rusiya tərəfi Azərbaycan diaspora təşkilatının qeydiyyatını ləğv etdi. Bunu onunla əsaslandırdı ki, guya fəaliyyəti hansısa qaydalara uyğun deyil. Bəs yaxşı, bu boyda bir təşkilat gəlib Azərbaycanda fəaliyyət göstərir, özü də qanunsuz, Azərbaycan tədbir görəndə isə ölkəmizə qarşı kampaniyaya başlayırlar. Digər bir məsələ isə bu cür mərkəzlər dünyanın müxtəlif yerlərində olur, onlar mədəniyyət mərkəzləridir, mədəniyyət mərkəzləri kimi də fəaliyyət göstərirlər. Onda Amerika gəlsin Amerika evi yaratsın, ərəb evi yaratsınlar və s. Bu cür cəhdlər, bu cür yanaşmalar birmənalı olaraq qəbuledilməzdir".

C.Məmmədov əlavə edib ki, Azərbaycanda "Rus evi"nə ehtiyac yoxdur: "Rusiya siyasətçiləri, deputatları da əgər düşünürlərsə ki, bizi söyməklə, şantaj etməklə, təhdid etməklə nəyəsə nail ola biləcəklər, yanılırlar, onlar heç nəyə nail ola bilməyəcəklər. Onlar anlamalıdırlar ki, nə edəcəklərsə, onun qarşılığını özü də dəfələrlə artıq formada alacaqlar və Azərbaycan bu məsələyə seyrçi qalmayacaq.

Azərbaycan çox qətiyyətli bir formada bu məsələlərə, məqamlara öz münasibətini və reaksiyasını prinsipiallıqla ortaya qoyacaq. Yaxşı olar ki, Rusiya tərəfi səhvini etiraf etsin, təyyarənin vurulması ilə bağlı cinayəti törətdiklərini etiraf edərək günahkarları cəzalandırsınlar və kompensasiya ödəsinlər.

Eyni zamanda, kompensasiya ilə yanaşı, qeyd etdiyimiz kimi, cinayətlərini də konkret olaraq etiraf etsinlər. Bu cinayəti törədənlər məsuliyyətə cəlb edilərək, cəzalandırılsınlar. Əgər bu olmayacaqsa, Azərbaycandan da heç nə gözləməsinlər. Bilsinlər ki, bizim buna reaksiyamız, münasibətimiz çox sərt olacaq və Azərbaycan bu məsələlərin üzərindən heç bir halda sükutla keçməyəcək, heç bir halda seyrçi qalmayacaq. Ölkəmiz ən ciddi addımları və qərarları qəbul edəcək".

Milli Məclisin deputatı Azər Allahverənov isə mövzu ilə bağlı "525"ə deyib ki, Rusiya-Azərbaycan münasibətləri bir neçə müstəvidə xüsusilə özünü qabarıq şəkildə büruzə verir. Birincisi, dövlət səviyyəsində baxdıqda, iki ölkə arasında imzalanmış çox vacib müttəfiqlik haqqında sənəd var. Cənab Prezident media nümayəndələri ilə görüşdə bildirdi ki, Rusiya ilə Azərbaycan münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır və bu, həqiqətən də belədir. Bir çox layihələrdə Rusiya Azərbaycan tandemi özünü xüsusilə qabarıq büruzə verir. Məsələn, nəqliyyat layihələri, Şimal dəhlizi, enerji layihələri, təbii qaz ixracı və s. məsələlərdə müttəfiqlik özünü  yaxşı şəkildə göstərir. Bir də var digər məsələr. Nümunə üçün, müxtəlif ictimai-siyasi mühitdə təmsil olunan şəxslər zaman-zaman hansı siyasi dairələrə bağlı olduqlarını belə gizlədə bilmirlər.

Bəzi hallarda məhz o siyasi dairələrin sifarişi ilə bu və ya digər formada istənilən məsələyə münasibət bildirirlər və əksər hallarda daha çox Rusiya-Azərbaycan münasibətlərində hansısa seqmentlər üzrə boşluqlar varsa, ya hansısa narahatlıq doğuran məqamlar varsa, onu daha çox dilə gətirirlər və Azərbaycanı tamamilə başqa qəbildən Rusiya ictimaiyyətinə təqdim etməyə çalışırlar. Bəlli məsələdir ki, həmin o dairələr, xüsusilə də bu tip neqativ informasiyanın tirajlanmasında maraqlı olan qüvvələr Kremlin müxtəlif qüllələrinə bağlı olan qüvvələrdir. Burda erməni diasporası da öz sözünü deyir. Nəzərə alsaq ki, Rusiyanın informasiya məkanı əsasən erməni əsilli şəxslərin nəzarətindədir, onların maliyyə dəstəyi ilə fəaliyyət göstərirlər, çox rahat anlamaq olur ki, bu tip neqativin Rusiya cəmiyyətində yayılması məhz həmin o informasiya resursları üzərindən baş verib. Buna digər şəxslərin zaman-zaman çıxışlarını da əlavə etsək, hansılar ki, Azərbaycana qarşı neqativ münasibət bəsləyirlər, onların bu tandemi Rusiya cəmiyyətində bir antiazərbaycan əhval-ruhiyyəsinə və ya Azərbaycanfobiyanın formalaşmasına gətirib çıxarılmasına hesablanmış addımlardır. Amma nə dərəcədə bunun öhdəsindən gəlirlər, o başqa məsələdir. Ona görə də düşünürəm ki, hazırkı mövcud vəziyyət onu deməyə əsas verir ki, burda müxtəlif yanaşmalar var, dövlət səviyyəsində olan münsibətlər daha soyuqqanlı, daha ölçülüb-biçilən olur, daha sistemlidir və burada heç bir tərəf, nə Azərbaycan, nə də Rusiya iki dövlət arasında olan münasibətlərə xələl gətirə biləcək hansısa addımlar atırlar. Yəni qlobal şəkildə deyirəm, amma təbii ki, müzakirə tələb edən məqamlar da var. müəyyən məsələlərdə problemlər mövcuddur. Onun üzərindən qurulan kommunikasiyalar bilavasitə həmin o problemlərin aradan qaldırılmasına və anlaşılmaz məqamların həllinə hesablanır. Bu proses hələ də gedir".

Deputat bildirib ki, təyyarə hadisəsinə qədər də müəyyən narahatlıq doğuran məsələlər var idi. Amma onlar elə çox qabarıq şəkildə büruzə verilmirdi, təyyarə hadisəsi bu prosesləri bir qədər sürətləndirdi: "Bu, dünənə qədər mövcud olan o nüansların daha aktual şəkildə büruzə verilməsinə gətirib çıxardı ki, "Rus evi" də həmin məsələlərdən biridir. "Rossotrudniçestvo" deyilən qurum faktiki olaraq Rusiyanın bir diaspora komitəsidir. Onun müxtəlif ölkələrdə bu tipli layihələri var və "Rus evi" özü də bir layihədir. Bu layihə icra olunan zaman mütləqdir ki, Azərbaycan qanunvericiliyinin bütün tələblərinə uyğun fəaliyyət göstərsin. İstənilən layihə bu tələblərə uyğun həyata keçirilməlidir. Amma biz görürük ki, müəyyən məqamlar üzrə qanun pozuntularına yol verilib. Məsələn qeydiyyat olmadan fəaliyyət göstərmək və s. Sırf hüquqi nöqteyi-nəzərdən dünənə qədər mövcud olan məsələlər bu gün özünü daha qabarıq şəkildə büruzə verir. Nəzərə alaq ki, "Rus evi" ilə bağlı olan bəzi narahatlıq doğuran məsələlər əvvəllər də, son bir neçə il ərzində dilə gətirilib. Xüsusilə də orada 20 Yanvar faciəsinin törədilməsində iştirakı olan Primakovla bağlı inşa müsabiqəsinin keçirilməsi, sərgilər, kitablar təqdimatı və s. Eyni zamanda "Rossotrudniçestvo"nun Ermənistandakı fəaliyyəti, "Artsax uşaqları" ilə "Donbas uşaqları"nın birgə rəsm sərgisinin təşkil olunmasını faktiki olaraq "Rossotrudniçestvo"nun Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bir fəaliyyət kimi də dəyərləndiririk. Bununla da bağlı Azərbaycan öz etirazını zamanında bildirib. Görünən odur ki, bu tip fəaliyyətlərindən əl çəkmirlər, ona görə də "Rus evi"nin fəaliyyət göstərməsinə heç bir lüzum yoxdur. Ən azından bilirik ki, "Rus evi"nin əsas icra tərəfi olan "Rossotrudniçestvo"nun fəaliyyətində Azərbaycanın istər ərazi bütövlüyü, suverenliyi və digər məsələlərlə bağlı kifayət qədər etinasız bir yanaşmalar var. Ona görə də "Rus evi"nə ehtiyacın olmadığını söyləmək olar".

A.Allahverənov Rusiyanın təyyarə qəzası ilə bağlı məsuliyyətdən yayınması ilə bağlı deyib ki, burda müxtəlif cür yanaşmalar var: "Rəsmi mövqe budur ki, istintaq tədbirləri hələ yekunlaşmadığı üçün Rusiya buna hüquqi qiymət vermir. İstintaq tədbirləri yekunlaşdıqdan sonra ümid edirəm ki, Rusiya tərəfi həm təzminatın ödənilməsi, eyni zamanda günahkarların məsuliyyətə cəlb olunması ilə bağlı prosesə başlaya bilər. Dərc olunmuş ilkin hesabat kənar müdaxilələrin olması, təyyarənin gövdəsində "Pantsir"  kompleksinə məxsus qəlpələrin olması və digər məsələlərlə bağlı təsdiqedici faktlar ortaya qoyur. İstintaq tədbirlərində həmin faktlar nəzərədən keçiriləcəkdir. Artıq bu mərhələdə belə Rusiya tərəfi istintaqın yekun hesabatını gözləmədən işlərə başlaya bilər. Amma bu, görünən tərəfdir. Görünməyən tərəfdə isə Rusiyanın aidiyyatlı orqanları nə baş verdiyini, necə baş verdiyini, günahkar tərəfin kimliyini, nə kimi çəkişmələrin olduğunu çox gözəl bilir. Rusiyanın özünün daxili siyasi həyatında bəzi gərginliklər var, müxtəlif güc mərkəzləri bir-birinə qarşı mübarizə aparırlar. Bu mübarizədə təxribatlardan və digər elementlərdən də istifadə edirlər. Görünən odur ki, Rusiyanın ictimai-siyasi mühiti gərgin bir dövrdən çıxmalıdır ki, təyyarə qəzası ilə bağlı məsələyə daha soyuqqanlı münasibət bəslənilsin və məhz o mövqedən də çıxış edərək zəruri addımlar atılsın. Düşünürəm ki, Rusiya tərəfi gec və tez bunu edəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Fevral 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see299

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see235

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see231

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see216

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see213

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see205

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see195

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see194

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see194

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see171

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see158

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see151

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see144

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see143

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see141

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see139

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri