Icma.az
close
up
RU
“Deputat hədə qorxu gəldi, maşınımı vurmaq istədilər, üstümə hücum çəkdilər” parodist aktyor Ramil Abdullayevdən ETİRAF ÖZƏL

“Deputat hədə qorxu gəldi, maşınımı vurmaq istədilər, üstümə hücum çəkdilər” parodist aktyor Ramil Abdullayevdən ETİRAF ÖZƏL

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“2007-2008-ci illərdə Mədəniyyət və İncəsənət Universitetində aktyorluq fakültəsində təhsil almışam. Amma yarımçıq çıxmışam. O vaxt maddi durum sözün düzü çox yaxşı deyildi, həvəs yox idi oxumağa. Amma öz hazırladığım uşaqlar hamısı qəbul oldu. Xalq artistləri Yaşar Nuri, Telman Adıgözəlovun tələbəsi olmuşam. Bu sahənin çətinliyi ondadır ki, parodiyanı ya dəqiq etməlisən, ya da etməməlisən. Bəzən eləsi var xoşuna gəlir, bəzən xoşuna gəlmir. Mən birinci yoxlamışam, sonra onu təqdim etmişəm. Yoxlamaq üçün bir neçə sənətkarın parodiyasını edib, həmkarlarına zəng etmişəm. İnanıblarsa, demək ki, oxşayıb. Çətinliyi də odur ki, bir az riskli sahədir”.

Bunu Moderator.az-a açıqlamasında aktyor-parodist Ramil Abdullayev deyib.

O daha sonra əlavə edib:

“Ən maraqlı parodiyalarım xalq artisti Niyaməddin Musayevin adı ilə bağlıdır. Əvvəl bəyənmirdi. Çünki dostları ona zəng edib deyirdi ki, səni göstərirlər, televizoru açan kimi görürdü ki, mənəm. Mən də parik qoyanda xoşuna gəlmirdi. Sonra gördü ki, mənim məqsədim sırf parodiya etməkdir, qəbul etdi”.

Ramil Abdullayev bildirib ki, parodiya etdiyinə görə daim təqib olunub:

“Maşınımı vurmaq istəyiblər, hədə-qorxu gəliblər, üstümə hücum çəkmək istəyiblər. Bilirəm ki, hamısı məşhurların işidir. Anonim zənglər gəlib. Deputatlara qədər mənə zəng edib hədələyiblər. Bu zənglərdən sonra bir-iki parodiyanı repertuarımdan çıxarmışam. Qorxduğuma görə yox, sadəcə həm hörmət əlaməti olaraq, həm də problem yaşamaq istəmirdim. Amma elə adam var deyib ki, “Ramil  məni parodiya edə bilməz”. Onun acığına etmişəm. Onlardan biri də Vasif Məhərrəmlidir. Görüb şoka düşdü ki, “aa mənim kimi oxuyur, danışır”.

Aktyor deyir ki, qazanc yeri toylar və tədbirlərdir:

“Qazancım toylar və tədbirlərdir. Müğənni kimi də ifalar edirəm toylarda. Lazım olsa lap segah da oxuyaram (gülür). Sözün düzü toylardan qaçıram, çünki yoruluram. Qazandığım pulun yarısını elə dərmanlara verirəm. Türk müğənnilərini parodiya etmişəm. Bundan sonra xalq artisti Yaşar Nurini parodiya etmişəm. Özü müəllimim olub, sağlığında heç vaxt razı olmazdı ki, onu parodiya edim. Bir dəfə telekanallardan birində ikimiz də qonaq idik. Mən onu parodiya edə-edə içəri daxil oldum. Bir də gördüm dedi ki, “aa, bu kimdir ki, mənim kimi danışır?”. Çox bəyəndiyini bildirdi, xeyir-duamı verdi. Ondan sonra Yaşar müəllimin yubileyində çıxış etdim”, - deyə aktyor bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Noyabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri