“Hələ ömrümdə bir dəfə də dincəlməmişəm, istirahət nə deməkdir? Çingiz Abdullayevdən ETİRAF
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Hazırda Azərbaycandayam, amma Bakıda deyiləm. Mən heç vaxt istirahət etmirəm. Yayda da işləyirəm, qışda da, payızda da, yazda da. Hələ ömrümdə istirahət etməmişəm. Ola bilməz ki, bir yerə gedib, istirahət edim. Heç vaxt! Cavan vaxtlarımda da uşaqlarla xaricə gedib onlara hər yeri göstərirdim, amma özüm istirahət etmirdim”
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib. O daha sonra əlavə edib:
“Mə başa düşmürəm ki, istirahət nə deməkdir?! İstirahət işləməmək, yaşamamaqdır?! Mən kitab oxuyanda, işləyəndə, kitab yazanda istirahət edirəm. Bu mənim üçün ən yaxşı istirahətdir. Harada oluramsa kitab yazıram. İstirahət etmək gedib sadəcə uzanıb, heç nə etməməkdir?! Bəlkə də bu bəziləri üçün istirahətdir, amma mənim üçün istirahət deyil” deyə o bildirib.
Çingiz Abdullayev oxucularına kitab müjdəsini də verib:
“Hazırda bir əsər üzərində çalışıram. Yazdığımı öncədən demirəm. Amma işləyirəm. Yəqin ki, 10 günə təzə kitabım çapdan çıxacaq” deyə Çingiz Abdullayev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 10 Avqust 2026 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















