Icma.az
close
up
RU
Deputat: Həkim çatışmazlığı sağlamlığın qorunmasında ciddi problem yaradır

Deputat: Həkim çatışmazlığı sağlamlığın qorunmasında ciddi problem yaradır

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bilirsiniz, öncə demək lazımdır ki, Azərbaycanın bölgələrində təkcə tibb kadrları deyil, həm də təhsil işçiləri, xüsusilə də müxtəlif ixtisaslı müəllimlər çatışmır. Buna görə də bölgələrdən, xüsusilə sərhəd rayonlarından əhali, gənclər kütləvi şəkildə Abşerona və xüsusən də Bakıya axışır. Hesab edirəm ki, bu, çox ciddi problemdir. Baxmayaraq ki, ölkəmizdə bu problemin qarşısının alınması üçün cənab Prezident çox böyük işlər görür”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025”-in açılış mərasimində iştirak edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun bölgələrdə tibb kadrlarının, həkimlərin çatışmazlığı ilə bağlı mövqeyini şərh edərkən deyib.

Deputat bildirib ki, bölgələrin infrastrukturunun yüksək standartlar üzrə yenidən qurulması, orta və kiçik sahibkarlığın nəinki rayonlarda, hətta kəndlərdə inkişaf etdirilməsi üçün çoxsaylı uğurlu layihələrin həyata keçirilməsi məhz möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir:
“Bölgələrdə müasir tələblərə cavab verən həm təhsil, həm də səhiyyə infrastrukturunun yaradılması dövlətimizin uğurla həyata keçirdiyi böyük dövlət proqramlarının nəticəsidir. Amma bu cür nailiyyətlər fonunda müxtəlif bölgələrdə təhsil və səhiyyə sahəsində kadrların çatışmazlığı ən azı təəssüf hissi yaradır. Nəzərə alsaq ki, bu problemin həlli mümkündür.

Bu gün ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində səhiyyə sahəsində də uğurlu addımlar atılır. Ölkəmizdə icbari tibbi sığorta sisteminin qurulması, hər bir vətəndaşın tibbi xidmətlərə əlçatanlığının təmin olunması üçün TƏBİB-in yaradılması və digər yeniliklər dövlətimizin, hətta ən ucqar bölgələrdə belə vətəndaşın sağlamlığına verdiyi dəyərin göstəricisidir.

Hesab edirəm ki, islahatların kompleks və harmonik şəkildə gerçəkləşməsi üçün tibb kadrlarının hazırlanmasına və yetişdirilməsinə bilavasitə cavabdeh olan Səhiyyə Nazirliyi digər aidiyyəti qurumlarla təxirəsalınmaz işlər görməlidir. Sözsüz ki, Təhsil Nazirliyi tərəfindən bölgələrdə məktəblərin bağlanmasının və kadr çatışmazlığının səbəbləri araşdırılmalı, ciddi tədbirlər görülməlidir”.

Deputat əlavə edib ki, tibb kadrlarının çatışmazlığı ciddi problemdir:
“Bu, xalqın, hər bir vətəndaşın sağlamlığının qorunmasında ciddi problem yaradır.

Bəli, tibb kadrlarının çatışmazlığı problemi başqa ölkələrdə də var. Avropada da tibb kadrları çatışmır. Amma biz Azərbaycanı Afrika və ya Asiyanın inkişaf etməmiş ölkələri ilə müqayisə etməməliyik.

Bu gün Azərbaycanda dövlət başçısının bilavasitə göstərişi ilə ağıllı kəndlər inşa edilir. Biz Azərbaycanı inkişaf etmiş ölkələrlə müqayisə etməliyik. İnkişaf etmiş o ölkələr də bununla bağlı konkret tədbirlər görür. Mətbuatdan da bildiyimiz kimi, son illərdə Azərbaycandan yüzlərlə həkim Almaniya və Avstriya kimi ölkələrdə işə qəbul edilib. Yəni ölkəmizdə savadlı və bacarıqlı tibb kadrları var.

Bir daha vurğulayıram ki, tibb kadrlarının çatışmazlığı ilə bağlı problemin həlli məsələsi müvafiq cavabdeh təşkilatların, xüsusilə də Səhiyyə Nazirliyinin gündəliyində ən prioritet məsələlərdən biri olmalıdır. Çünki heç kəs bilmir ki, COVID-19-dan sonra dünyada və ya ölkədə hansısa təhlükəli vəziyyət yaranmayacaq”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Oktyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri