Icma.az
close
up
RU
Bu dərman böyrək çatışmazlığı yaradır Həkim rəyi

Bu dərman böyrək çatışmazlığı yaradır Həkim rəyi

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bədən üçün faydalı bir mineral olan maqnezium çatışmazlığı sümük sağlamlığı, əzələ funksiyaları və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Lakin hər bir vitamin və mineral kimi maqnezium da yalnız həkim məsləhəti ilə qəbul edilməlidir. Həkim tövsiyəsi olmadan və ehtiyac xaricində istifadə olunan maqnezium böyrək çatışmazlığı və ürək ritmi problemlərinə səbəb olduğu məlum olub.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, daxili xəstəliklər üzrə mütəxəssis Semiha Ayaydın Kaplan maqneziumun lazımsız və həddindən artıq istifadəsi barədə xəbərdarlıq edib.

Maqnezium əlavələri, bu günlərdə sağlam həyat tərzini dəstəkləmək məqsədilə geniş şəkildə istifadə edilsə də, həkim tövsiyəsi olmadığı halda qəbul edilməməlidir. Kaplan həddindən artıq və nəzarətsiz maqnezium əlavəsi istifadəsinin sağlamlıq üzərindəki təhlükəli təsirləri barədə xəbərdarlıq edərək bunları söyləyib:

“Maqnezium, bədənin normal funksiyaları üçün vacib bir mineraldır. Sümük sağlamlığı, əzələ funksiyaları və ürək ritmi kimi bir çox bədən funksiyasının sağlam şəkildə davam etməsi üçün kifayət qədər maqnezium tələb olunur. Lakin son illərdə sağlam həyat tərzinə artan maraqla birlikdə, maqnezium əlavələrinin həddindən artıq istifadəsi geniş yayılıb. Bu vəziyyət sağlamlıq baxımından təhlükəli nəticələrə yol aça bilər. Həddindən artıq qəbul edilən maqnezium böyrəklərdə yığılaraq böyrək funksiyalarını mənfi təsir edir. Xüsusilə böyrək xəstəliyi riski olan şəxslərin, bu cür əlavələri yalnız mütəxəssis nəzarəti altında istifadə etməsi çox vacibdir”.

Maqnezium əlavələrinin əksər hallarda əzələ spazmları, sinir sistemi problemləri və yuxu problemlərinin müalicəsində istifadə edildiyini bildirən Kaplan düz olmayan miqdarda maqneziumun hipermaqnezemiyə səbəb olduğunu söylədi:

“Hipermaqnezemi qanınızdakı maqneziumun təhlükəli səviyyələrə yüksəlməsi ilə yaranan bir vəziyyətdir və bu, ürək ritm pozğunluqları, nəfəs darlığı və böyrək çatışmazlığı kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Maqnezium əlavələrinin istifadəsi şəxsin mövcud sağlamlıq vəziyyətinə görə müəyyən edilməli və yalnız həkim tövsiyəsi ilə həyata keçirilməlidir. Həmçinin, hər hansı bir əlavə almadan əvvəl qan testi ilə maqnezium səviyyələri ölçülməli və buna uyğun müalicə planı hazırlanmalıdır. Yalnız maqnezium deyil, bütün vitamin və minerallar üçün bu qayda keçərlidir. Lazımsız və həddindən artıq əlavələr bədəndə geri dönməyəcək problemlərə səbəb ola bilər”.

Bəsti Rəfizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Mart 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri