Icma.az
close
up
RU
Deputat: Hibrid təhdidlər media resurslarına kiberhücumlar şəklində də özünü göstərməkdədir

Deputat: Hibrid təhdidlər media resurslarına kiberhücumlar şəklində də özünü göstərməkdədir

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizə qarşı hibrid təhdidlər təəssüf ki, media resurslarına kiberhücumlar şəklində də özünü göstərməkdədir.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya tərəfindən “Azərbaycanın media resurslarına 20 fevral hücumları: Kibermüdaxilədən dezinformasiyaya” mövzusunda təşkil olunmuş ictimai müzakirələr zamanı deputat Nigar Məmmədova bildirib.

Deputat deyib ki, hibrid təhdidlər faktiki terrorizm və ya mütəşəkkil cinayətə bənzəyir: “Geosiyasi və iqtisadi gərginlik artdıqca kibermüharibə casusluq, təxribat və dezinformasiya kampaniyaları ilə genişlənir, dövlətlər üçün hadisələri manipulyasiya etmək üçün əsas vasitələrə çevrilir. Azərbaycanın yaratdığı yeni reallıqları həzm edə bilməyən qüvvələr tərəfindən ölkəmizə qarşı hibrid təhdidlərin intensivləşdiyini və şaxələndiyini müşahidə edirik. Müxtəlif parlamentlər, bəzi beynəlxalq dırnaqarası demokratiya və insan hüquqları təşkilatları, vətəndaş cəmiyyəti institutları da hücum aləti kimi istifadə olunur. Prosesə beynəlxalq media da cəlb olunur, mütəmadi olaraq postmünaqişə reallıqları təhrif edilir, “jurnalist araşdırması” adı altında dezinformasiya kampaniyaları həyata keçirilir.

Məlum olduğu kimi, hibrid təhdidlərin növlərindən biri də rəqəmsal manipulyasiyalardır. Ölkəmizə qarşı hibrid təhdidlər təəssüf ki, media resurslarına kiberhücumlar şəklində də özünü göstərməkdədir. Zaman-zaman media sistemlərinə kiberhücumların koordinasiya edildiyini və dövlət orqanlarının işində sabitliyin pozulmasına yönəldiyini görürük. Media infrastrukturunu sarsıtmaq məqsədilə həyata keçirilən bu hücumlar haker qrupların dəstəyi ilə reallaşır. Serverlərə, saytların panelinə sızmalar edilir. Bu da səbəbsiz deyil. Çünki media platformalarının auditoriyası kifayət qədər genişdir. Əksər sektorlardan fərqli olaraq, media qlobal miqyasda insanlara məlumat çatdırır. İctimai rəyi manupulyasiya etmək məqsədilə pozucu texnologiyalardan, hətta sosial şəbəkələrdən də dezinformasiya silahı kimi istifadə olunur.

Təbii ki, kiberhücumlardan qorunmaq üçün tədbirlər görülməlidir. Serverlərin və şəbəkə arxitekturasının təhlükəsizliyi təmin edilməlidir. Risklərin minimuma endirilməsi üçün elektron media resurslarına təhlükəsiz giriş siyasəti tələb olunur. Paralel olaraq media subyektlərinin kiberhücumlarla mübarizəyə dair təlimlərə cəlb edilməsi, maarifləndirmənin daha da gücləndirilməsi vacibdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 May 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri