Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Tanrının formulu Xose Rodriqeş duş Santuşun romanından parça

Tanrının formulu Xose Rodriqeş duş Santuşun romanından parça

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Firidun Ağazadənin tərcüməsində portuqaliyalı yazıçı Joze Rodriqes duş Santoşun “Tanrının formulu” romanından parçanı təqdim edir.

"Tanrının formulu" romanı Albert Eynşteynin hazırladığı düstur vasitəsilə Tanrının varlığının elmi sübutunu axtarmaqdan bəhs edir. Hadisələr keçən əsrin 50-ci illərində baş verir.

-Şalom, cənab Baş Nazir.
-Şalom, professor.
-Mənim bu sadə evimə xoş gəlmisiz. İsrailin Baş naziri, məşhur Devid Ben-Qurionu öz evimdə salamlamaq mənə çox xoşdur.
Siyasi xadim bərkdən güldü.
-Yəqin, zarafat edirsiz. Amma, doğrusu, xoşum gəlir. Böyük Albert Eynşteynin evinə hər gün gəlmək olmur.
-Ümid edirəm ki, səfəriniz yaxşı keçir, cənab Baş Nazir?
-Elədir, Allaha şükür, bir az maliyyə dəstəyi və ianələr əldə etmək mümkün olub. İndi növbədə Filadelfiyadır, oradan əlavə dəstək gözləyirəm. Bilirsiz də, pul heç vaxt çatmır. Bizim gənc dövlətimiz isə düşmən əhatəsindədir, hər cürə köməyə ehtiyacı var,
-İsrailin cəmi üç yaşı var, cənab Baş Nazir. Təbiidir ki, çətinliklər olacaq.
-Amma, professor, bu çətinlikləri aradan qaldırmaq üçün pul lazımdır. Təkcə istəklə uzağa getmək olmaz. İsrailin müdafiəsi üçün... – Ben-Qurion Eynşteynə baxdı.
-Bilmirəm, bunu edə bilərəmmi, - Eynşteyn dedi.
-Edə bilməzsiz, yoxsa etmək istəmirsiz, professor?
-Siz bilirsiz ki, mən pasifistəm (pasifist – müharibə əleyhdarı – Tərc.), - Eynşteyn dilləndi. – Hesab edirəm ki, dünyada onsuz da çoxlu faciələr olub, biz isə yenə odla oynayırıq. Sizin dediyiniz çox böyük qüvvədir, bunu nəzərə almaq lazımdır. Doğrusu, bilmirəm, bugünkü ağlımız bu qüvvəni idarə etməyə çatarmı.
-Amma siz Ruzvelti bu bomba üzərində işləməyin zəruri olduğuna inandırmısız.
-Bu başqa bir məsələdir.
-Necə, yəni?
-Bomba Hitleri məğlub etmək üçün lazım idi. Bir də ki, bilirsiz, indi mən prezidenti buna razı saldığıma da peşmanam.
-Belə de. Bəs, nasistlər onu birinci yaratsaydı? Onda nə olardı?
-Əlbəttə, - Eynşteyn razılaşdı, amma hələ də tərəddüd edirdi. – Bu, həqiqətən, fəlakət olardı, məgər elə deyil? Mənim üçün nə qədər ağır olsa da, deməliyəm ki, bombanın yaradılması, belə demək mümkünsə, zəruri idi, amma iblis zərurəti idi.
-Demək, təsdiq edirsiz ki, mən haqlıyam. Əlbəttə, haqlıyam. Mənim sizdən xahiş etdiyim şey bizim gənc dövlətin yaşaması üçün zəruri olan iblisdir.
Demək istəyirəm ki, siz artıq öz pasifist baxışlarınıza qarşı getmisiz. Bu, İkinci Dünya Müharibəsi dövründə və sonra da İsrail dövlətinin yaradılmasına kömək edəndə olub. Bilmək istəyirəm ki, siz bir də belə bir addım atmağa hazırsızmı?
-Bilmirəm.
Ben-Gurion köksünü ötürdü.
-Professor, bizim gənc dövlətin başı üzərində qorxulu təhlükələr dolaşır. Siz məndən də yaxşı bilirsiz ki, İsrail düşmən əhatəsindədir və onları çəkindirmək üçün təsirli arqumentlər lazımdır. Yoxsa ölkəmizə ayağa qaxmağa imkan verməzlər, onu diri-diri udarlar. Ona görə də, çox xahiş edirəm, pasifist baxışlarınıza bir də arxa çevirin, ölkəmiz üçün bu çətin vaxtda bizə kömək edin.
-Problem təkcə bu deyil, cənab Baş Nazir. Hazırda mən çox məşğulam. Vahid sahə nəzəriyyəsi üzərində işləyirəm, cazibə və elektromaqnetizmi özündə birləşdirən vahid nəzəriyyə. Bu çox mühüm bir işdir, ola bilsin. ən mühüm...
-Bağışlayın, professor, - Ben-Qurion onun sözünü kəsdi. – İnanıram ki, sizə dediklərmin üstün əhəmiyyətini başa düşürsüz.
-Şübhəsiz, - alim razılaşdı. – Amma biz tam bilmirik ki, sizin dediklərinizi etmək mümkündürmü.
-Bəs, siz necə hesab edirsiz? Mümkündürmü?
Eynşteyn tərəddüd içində idi.
-Bəlkə də mümkündür, - o, nəhayət, dilləndi. – Amma dəqiq bilmirəm. Öyrənmək lazımdır...
-Professor, lütfən, bu məsələ ilə məşğul olun. Bizim üçün, İsrail üçün eləyin bunu.

-Həmişə demişəm, mən Tanrı obrazı haqda ümumi dünyabaxışını müdafiə etmirəm. Amma inana da bilmirəm ki, materiyadan başqa heç nə yoxdur, - Ben-Qurion dedi. – Bilmirəm, fikrimi düzgün çatdıra bildimmi?
-Həm də çox dürüst.
-Baxın, - siyasi xadim fikrini inadla izah etməyə başladı. – Məsələn, beyin materiyadandır, elə bu stol kimi. Amma stolun düşünmək qabiliyyəti yoxdur. Beyin canlı orqanizmin bir hissəsidir, elə mənim dırnaqlarım kimi, amma dırnaqlar düşünə bilmir. Əgər beynim bədənimdən ayrılsa, o da düşünə bilməz. Demək, başla bədənin kombinasiyası düşünmə prosesini hərəkətə gətirir. Bu, məndə belə bir sual doğurur: bəlkə bütün kainat, bütövlükdə götürsək, vahid və düşünən bir orqanizmdir. Siz necə hesab edirsiz?
-Ola bilər.
-Hamı deyir ki, siz ateistsiniz, professor, amma sizcə...
-Yox, mən ateist deyiləm.
-Yox? Onda dinə inanırsız?
-Bəli, demək olar ki, dindaram.
-Amma mən haradasa oxumuşdum, siz güman edirsiz ki, İncildə yanlışlar var...
Eynşteyn bərkdən güldü.
-Əlbəttə, güman edirəm.
-Onda, demək, siz Tanrıya inanmırsız.
-Bu o deməkdir ki, mən İncildəki tanrıya inanmıram.
-Nə fərqi var ki?
Professor dərindən köksü ötürdü.
-Bilirsiz, uşaqlıqda mən çox dindar idim. On iki yaşımda elmi kitabları oxumağa başladım və...
-Hə... sonra...
-... və belə bir nəticəyə gəldim ki, İncildə yazılanların çoxu mifdən başqa bir şey deyil. Demək olar ki, bir gündə dindarlığı atdım. O vaxt bu mövzuda çox düşündüm, başa düşdüm ki, Tanrını şəxsləndirmək sadəlövh ideyadır, hətta uşaq sadəlövhlüyüdür, çünki bu, antropomorfik anlayışdır, fantaziyadır, onu insan yaradıb ki, öz taleyinə təsir edə bilsin, çətin vaxtlarda ona güvənsin. İnsanın təbiətə gücü çatmadığı üçün belə bir ideya yarandı ki, təbiət bizi eşidən və yönəldən bir ata kimi xeyirxah və qayğıkeş Tanrının töhfəsidir. Bu çox təskinedici bir anlayışdır, elə deyil? Biz illüziya yaratmışıq ki, əgər inadla ibadət etsək, Tanrı təbiəti nəzarətdə saxlayacaq, sehrkar əli ilə diləklərimizi yerinə yetirəcək. İşlər yaxşı getməyəndə biz başa düşmürük ki, o xeyirxah və qayğıkeş ata buna niyə yol verir, onda öz-özümüzə deyirik ki, baş verənlərin, yəqin, sirli bir mənası var və bu fikir bizə təsəlli verir. Amma bunun, axı, bir mənası yoxdur, sizə elə gəlmir?
-Siz inanmırsız ki, Tanrı bizim qayğımızı çəkir?
-Bilirsiz, cənab Baş Nazir, insanlar orta ölçülü bir qalaktikada yerləşən ulduz periferiyası sisteminin üçüncü planetində məskunlaşmış milyon növdən biridir, həmin qalaktika isə kainatda mövcud olan milyonlarla qalaktikadan biridir. Siz isə istəyirsiz, mən inanım ki, təsəvvürə gəlməz bu intəhasızlıqda Tanrı hər birimizin fikrini çəkir. Mən buna necə inanım?
-Axı, İncil deyir ki, O, xeyirxah və hər şeyə qadirdir. Əgər O, hər şeyə qadirdirsə, deməli, hər şey edə bilər, o cümlədən, külli-kainatın və hər birimizin qayğısını çəkə bilər. Məgər belə deyil?
Eynşteyn əlini dizinə şappıldatdı.
-O, xeyirxah və hər şeyə qadirdir? Axı, bu, absurd ideyadır! Əgər O, doğrudan da, İncilin dediyi kimidirsə, onda niyə şərin mövcud olmasına imkan verir? Məsələn, Holokosta niyə imkan verdi? Müqayisə etsən, axı bu iki xarakter biri-birinə ziddir, sizcə elə deyil? Əgər Tanrı xeyirxahdırsa, demək, O, hər şeyə qadir deyil, çünki O, şərin kökünü kəsə bilmir. Əgər hər şeyə qadirdirsə, onda xeyirxah deyil, çünki şərin mövcud olmasına imkan verir. Bir xarakter digərini istisna edir. Siz hansına üstünlük verirsiz?
-Hımm... yəqin ki, birincisinə. Güman edirəm ki, Tanrı xeyirxahdır.
-Amma bu anlayışın əyər-əskiyi çoxdur, yəqin, özünüz də görürsüz. İncili diqqətlə oxusanız, görərsiz, orada xeyirxah Tanrının obrazı yox, qısqanc, iddialı Tanrı obrazı var, O özünə kor-koranə inanmağı tələb edir, qorxudur, cəzalandırır, qurban tələb edir, İbrahimin sədaqətini yoxlamaq üçün deyir ki, oğlunu qurban versin. Amma əgər hər şeyi biləndirsə, İbrahimin Ona olan sədaqətini niyə bilmir? Əgər xeyirxahdırsa, niyə atanı belə amansız yolla sınağa çəkir? Deməli, O, xeyirxah deyil.
Ben-Qurion şaqqanaq çəkdi.
-Yaman yerdə yaxaladız məni, professor! – bərkdən dedi. – Yaxşı, tutaq ki, Tanrı xeyirxah deyil. Amma O, Kainatın yaradıcısı kimi, hər şeyə qadirdir, elə deyil?
-Hər şeyə qadir? Belədirsə, əgər hər şeyi Özü yaradıbsa, niyə öz yaratdıqlarını cəzalandırır? Həm də ona görə cəzalandırır ki, bunu məhz Özü eləyib? Öz yaratdıqlarını ölümə məhkum edərkən O, özünü məhkum etmirmi? Mənim fikrim belədir: Onun bir bəraəti var – O yoxdur. – Eynşteyn sözünə ara verdi. – Qoy, bir az da aydın deyim: hər şeyə qadir olmaq, ümumiyyətlə, mümkün deyil. Həm də bu fikrin özündə həlli görünməyən məntiqi ziddiyyətlər var.
-Necə, yəni?
-Buradakı paradoks hər şeyə qadir olmağın mümkünsüzlüyünü izah edir. Bunu bu cür ifadə etmək olar: əgər O hər şeyə qadirdirsə, elə ağır bir daş yarada bilər ki, heç Özü də qaldıra bilməz, elədir? – Eynşteyn qaşlarını çatdı. – Əgər qaldıra bilmirsə, demək, hər şeyə qadir deyil. Əgər qaldıra bilsə, demək, O da hər şeyə qadir deyil, çünki elə bir daş yarada bilmir ki, özü də qaldıra bilməsin. – Alim gülümsündü. – Nəticə budur: hər şeyə qadir Tanrı yoxdur, Onu insanlar özlərinə təsəlli və başa düşmədiklərini izah etmək üçün uydurublar.
-Onda siz Tanrıya inanmırsız.
-Mən Tanrının şəxsləndirilməsinə inanmıram, İncildə şəxs kimi təsvir edilən, Onun guya bir şəxs olmasına inanmıram.
-Sizin fikrinizcə, maddədən başqa, heç nə yoxdur, eləmi?
-Yox, əlbəttə ki, var. Enerjidən və maddədən başqa da nəsə olmalıdır.
-Axır ki, professor, inanırsız ya yox?
-Dedim də... mən İncilin təqdim etdiyi Tanrıya inanmıram.
-Onda nəyə inanırsız?
-Mən Spinozanın Tanrısına inanıram, o Tanrı ki, bütün mövcudatın harmoniyasında təcəssüm edir. Kainatın bu cür gözəl və məntiqi qurulduğuna heyrətlə hər şeydə təcəssüm edən Tanrıya inanıram...
-Professor, hesab edirsiz ki, Tanrının varlığını sübut etmək mümkündür?
-Yox, cənab Baş Nazir, mən belə hesab etmirəm. Tanrının var olduğunu sübut etmək Onun var olmadığını sübut etmək kimidir – ikisi də mümkün deyil. Bizə yalnız bu sirri hiss etmək, Kainatın quruluşu qarşısında heyrət etmək qalır.
-Tanrının var olduğunu yaxud var olmadığını sübut etməyə çalışa bilməzsinizmi?
-Dediyim kimi, mən bunu mümkün hesab etmirəm.
-Əgər bu mümkün olsaydı, hansı yolla etmək olardı?
Eynşteyn dinmədi. Başını yana çevirib yaşıllığa qərq olmuş Merser-strit boyunca xeyli baxdı. İndi qoca alimin müdrik gözlərində bir uşaq sadəliyi vardı, öz ömründə çox şeylər görsə də, bu gözlərdə hər yaz təzələnən bu coşqun təbiət möcüzəsinə heyranlıq aşıb-daşırdı.
O dərindən köksünü ötürdü.
-Təbiət öz sirrini hiylə ilə yox, öz varlığının əzəmətində gizlədir, - pıçıldadı.

"Həbsdən qaçış" yenidən yayımlanacaq Ukraynada həbs olundu, dəlixanada yatdı, təqaüd istəyi rədd edildi - Bu gün vəfat edən Əlisəmid Kür haqqında maraqlı faktlar Dövlət Mahnı Teatrından “Qarabağ çalarları”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Noyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri