Icma.az
close
up
RU
Deputat: “Hikmət Hacıyevin sözləri bu birliyin mahiyyətini dəqiq əks etdirir”

Deputat: “Hikmət Hacıyevin sözləri bu birliyin mahiyyətini dəqiq əks etdirir”

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Mərkəzi Asiya regionunda gedən inteqrasiya prosesləri Azərbaycan üçün diplomatik əməkdaşlıq çərçivəsindən kənara çıxaraq daha geniş siyasi, iqtisadi və geosiyasi perspektivlər açır. 15-16 noyabr 2025-ci il tarixlərində Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü baş tutdu. Görüşün ən mühüm nəticəsi Azərbaycanın “Mərkəzi Asiya” formatına rəsmi şəkildə tamhüquqlu üzv kimi qəbul edilməsi oldu”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

O deyib ki, bu qərar forumun yekun sənədində əksini tapdı:
“Birgə bəyanatda, həmçinin, regional təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin olunmasını hədəfləyən “Mərkəzi Asiyanın Regional Təhlükəsizlik, Sabitlik və Davamlı İnkişaf Konsepsiyası”, eləcə də 2026–2028-ci illəri əhatə edən Təhlükəsizlik Riskləri Kataloqu təsdiqləndi. Bununla yanaşı, xarici işlər nazirlərinə təşkilatın tənzimləyici sənədlərinin Azərbaycanın yeni statusuna uyğunlaşdırılması ilə bağlı xüsusi tapşırıqlar verildi. Bu qərarların fonunda Azərbaycan tərəfinin Mərkəzi Asiya ilə əməkdaşlığa verdiyi strateji önəmi Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyevin açıqlamaları da təsdiqləyir. Azərbaycan artıq regionda müşahidəçi deyil, inteqrasiyanın tamhüquqlu və fəal iştirakçısı kimi çıxış edir:
“Azərbaycan Mərkəzi Asiya ailəsinin tamhüquqlu üzvünə çevrilir. Ortaq tariximiz, etnik və dil əlaqələrimiz, dini ənənələrimiz və mədəni dəyərlərimiz “6” formatında siyasi birliyə çevrilir”.
K.Bayramov qeyd edib ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında formalaşan yeni siyasi birlik təkcə regional əməkdaşlığın genişlənməsi deyil:
“Həm də geosiyasi nizamın yenidən qurulduğu bir dövrdə strateji tərəfdaşlığın dərinləşməsi deməkdir. Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qəbul edilməsi, münasibətlərin institusional əsasda möhkəmlənməsi və inteqrasiyanın real mexanizmlərlə zənginləşməsi ölkəmiz üçün yeni imkanlar açır. Artıq Azərbaycan bu proseslərin kənar izləyicisi deyil, həm qərarların hazırlanmasında, həm regional prioritetlərin müəyyən edilməsində, həm də təhlükəsizlik və inkişaf gündəminin formalaşmasında fəal iştirakçıya çevrilir. Məhz bu səbəbdən Hikmət Hacıyevin sözləri bu birliyin mahiyyətini dəqiq əks etdirir və Azərbaycanın gələcək regional roluna dair mühüm mesajlar verir. Bu yeni inteqrasiya mərhələsi təkcə siyasi və təhlükəsizlik sahəsində deyil, iqtisadi müstəvidə də geniş perspektivlər yaradır. Bu proses Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, yeni bazarlara çıxış və genişmiqyaslı birgə investisiya layihələrinin həyata keçirilməsi üçün imkanlar açır. Coğrafi mövqeyinə görə Azərbaycanın əsas tranzit bağlantısı olduğunu nəzərə alsaq, Daşkənd görüşü Cənubi Qafqazdan keçən “Orta Dəhliz”in inkişafı üçün əlavə stimul kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkə ərazisindən tranzit həcmləri əhəmiyyətli dərəcədə artıb və həm nəqliyyat dəhlizləri, həm də rəqəmsal layihələri əhatə edən infrastrukturun modernləşdirilməsi hazırda əsas prioritetlərdən biridir”.
Millət vəkilinin sözlərinə görə, Daşkənddə qəbul edilən qərar Azərbaycan üçün yalınız yeni siyasi status deyil:
“Eləcə də regional güc mərkəzləri ilə münasibətlərin uzunmüddətli strateji çərçivəyə salınması deməkdir. Bu addım Mərkəzi Asiya ölkələrinin Azərbaycanla tərəfdaşlığı artıq geosiyasi zərurət kimi qiymətləndirdiyini, Azərbaycan-Mərkəzi Asiya xəttinin isə gələcək regional nizamın əsas sütunlarından birinə çevrildiyini göstərir. 
Azərbaycanın bu formata daxil olması ölkənin həm iqtisadi təhlükəsizliyini, həm də nəqliyyat və enerji marşrutlarında rolunu daha da möhkəmləndirir. Bununla yanaşı, formalaşan yeni əməkdaşlıq sistemi türk dövlətləri arasında inteqrasiyanın daha səmərəli və çevik mexanizmlərlə davam etdirilməsinə yol açır. 
Göründüyü kimi,  Daşkənd görüşü Azərbaycan üçün yalnız bu günün qərarı deyil, gələcək onilliklər boyu ölkənin regional mövqeyini, siyasi çəkisini və iqtisadi potensialını gücləndirəcək strateji başlanğıc nöqtəsi kimi qiymətləndirilə bilər”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Noyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri