Icma.az
close
up
RU
Hikmət Hacıyevin müsahibəsi Azərbaycanın xarici siyasətindəki balanslaşdırılmış yanaşmanı əks etdirir

Hikmət Hacıyevin müsahibəsi Azərbaycanın xarici siyasətindəki balanslaşdırılmış yanaşmanı əks etdirir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Hikmət Hacıyevin Slovakiyanın “Hospodarske noviny” qəzetinə verdiyi müsahibə Azərbaycanın xarici siyasətinin prioritetlərini, enerji diplomatiyasının strateji istiqamətlərini və “yaşıl keçid”ə realistik yanaşmasını əks etdirir. Bu çıxışı bir neçə əsas nöqtə üzrə təhlil etmək olar” .

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloqun fikrincə, burada Azərbaycanın Mərkəzi və Şərqi Avropa ilə strateji əməkdaşlığı önə çəkilir: “Hikmət Hacıyevin bu regionu “ənənəvi dost və tərəfdaş” adlandırması təsadüfi deyil. Azərbaycan, xüsusilə son illərdə, Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayaraq (məsələn, TAP qaz kəməri vasitəsilə) bu ölkələrin Rusiyadan enerji asılılığını azaltdı. Bu, yalnız iqtisadi deyil, həm də siyasi bir tərəfdaşlıqdır. Məsələn; Macarıstan, Rumıniya və Polşa kimi ölkələrlə qaz tədarükü və infrastruktur layihələri üzrə razılaşmalar Bakının Avropada təsir dairəsini genişləndirir”.

Nicat İsmayılov

Nicat İsmayılov qeyd edib ki, Hikmət Hacıyevin “yaşıl fanatizm” ifadəsi, qlobal enerji keçidi diskussiyalarında Azərbaycanın pragmatik mövqeyini vurğulayır: “Avropa ölkələri 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra enerji böhranı ilə üzləşəndə, təbii qaz və digər ənənəvi enerji mənbələrinə olan tələbat artdı. AB ölkələri “yaşıl enerjiyə” sürətli keçidi təbliğ edərkən, eyni zamanda Azərbaycan qazına olan asılılıqlarını artırdılar. Bu, qısa müddətli enerji təhlükəsizliyi ilə uzunmüddətli iqlim hədəfləri arasında tarazlıq qurmağın çətinliyini göstərir. Hikmət Hacıyev bildirir ki, Azərbaycanın enerji siyasəti real iqtisadi və sosial ehtiyaclara əsaslanmalıdır. Azərbaycan özünü təmiz enerji layihələrindən (məsələn, Xəzərdə külək elektrik stansiyaları) uzaq tutmasa da, qazın “keçid mənbəyi” kimi rolunu qətiyyətlə müdafiə edir”.

Azərbaycanın Avropada artan nüfuzu...

Politoloqun fikrincə, Azərbaycanın enerji resursları onu Avropa üçün vacib strateji tərəfdaşa çevirib və Hikmət Hacıyevin çıxışındakı əsas mesajlardan biri də budur ki, Bakı təkcə təchizatçı deyil, həm də təhlükəsizlik tərəfdaşıdır: “Məsələn; qazın diversifikasiyası. Avropa Rusiyadan alternativ mənbələr axtararkən, Azərbaycanın əhəmiyyəti artıb. 2023-cü ildə AB-yə ixrac olunan qazın həcmi 12 milyard kub metrə yaxınlaşaraq tarixi rekord qırdı. Geosiyasi üstünlük isə Azərbaycan enerji infrastrukturunu (məsələn, Albaniya ilə yeni elektrik interkonnektoru) genişləndirməklə Qara dəniz və Balkan regionunda da təsirini gücləndirir”.

Nicat İsmayılov bildirib ki, AB-nin bəzi üzv ölkələrin neft-qaz layihələrini maliyyələşdirməkdən imtina edərkən, eyni zamanda Azərbaycan resurslarına etibar etməsi hipokrit siyasətdir.

“Azərbaycan enerji ixracını 2027-ci ilədək 20 milyard kub metrə çatdırmağı hədəfləyir və eyni zamanda hidrogen enerjisi kimi sahələrdə Avropa ilə yeni sazişlər üzərində işləyir. Diplomatiya və praqmatizm: Hikmət Hacıyevin müsahibəsi Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini – realizm, çoxşaxəli diplomatiya və enerji təhlükəsizliyinə balanslaşdırılmış yanaşmanı əks etdirir. “Yaşıl fanatizm”ə tənqid, qlobal enerji müzakirələrində inkişaf etməkdə olan ölkələrin səsini gücləndirmək cəhdi kimi də qiymətləndirilə bilər. Azərbaycan üçün əsas hədəf, enerji resurslarını təkcə iqtisadi deyil, həm də siyasi "leverage" kimi istifadə edərək beynəlxalq arenada mövqeyini gücləndirməkdir”-deyən politoloq hesab edir ki, bu müsahibə ilə eyni zamanda Avropaya bir mesaj verilir ki, “Yaşıl gündəminiz varsa, lakin enerji təhlükəsizliyinizdən narahat olursunuzsa, Azərbaycan kimi tərəfdaşlarla dialoqu gücləndirməlisiniz.”

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 İyul 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri