Deputat: “İçməli su probleminin həlli üçün yağıntı sularından istifadə etmək lazımdır”
Report.az saytına istinadən Icma.az xəbər verir.
İçməli su probleminin həlli üçün yağıntı sularını təmizləyərək istifadə etmək lazımdır.
“Report” xəbər verir ki, bunu deputat Afət Həsənova Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, bu gün kənd yerləri və rayonlarda yaşayan əhali ciddi problemlərlə üzləşir: “Biz Bakıda oturmuşuq, burada su daxil olmaqla, hər şey var. Amma ucqar ərazilərdə vəziyyət fərqlidir. Rayonlarda içməli suyun çatışmazlığı ciddi bir problemdir. Su mənbələri azalır”.
O, müəyyən müddət rayonlarda işlədiyini vurğulayıb: “Yayın ortasında insanlar müraciət edirlər ki, içməli su yoxdur. Belə hallarda biz bilirik ki, su mənbələri tükənir. Amma bununla yanaşı, yağıntı sularını niyə istifadə etmirik? Bu, böyük bir məsələ deyil. Su mənbələri yaradıla bilər, sular toplanıb təmizlənə və sonra istifadə edilə bilər”.
Deputat bildirib ki, ekoloji mədəniyyət baxımından bu məsələlərə köklü yanaşılmalıdır: “Bu problemləri həll etməyə çalışmalıyıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 24 Yanvar 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















