Icma.az
close
up
RU
Deputat: İki komissiya üzvü ilə yetkinlik yaşına çatmayanların problemlərini həll etmək çətindir

Deputat: İki komissiya üzvü ilə yetkinlik yaşına çatmayanların problemlərini həll etmək çətindir

İki komissiya üzvü ilə yetkinlik yaşına çatmayanların problemlərini həll etmək çətindir.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarda ştat sayının artırılması və komissiyanın fəaliyyətinə katibliyin nəzarət etməsi bu sahədə çatışmazlığı aradan qaldırmağa kömək edəcək.

Qeyd edək ki, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif edilən dəyişikliyə əsasən, komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqanlar tərəfindən 9-11 nəfərdən ibarət tərkibdə yaradılır.

seeBaxış sayı:71
embedMənbə:https://bakivaxti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri