Yetkinlik yaşına çatmayanların hüquqları ilə bağlı qanun dəyişir
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi ilə bağlı yeni qaydalar müəyyən edilir.
"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanunu icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklikdə əksini tapıb.
Belə ki, sözügedən Qanuna əsasən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adı dəyişdirilərək uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar kimi müəyyən edilmişdir.
Həmçinin komissiyaların səlahiyyətlərində müvafiq dəyişikliklər edilmiş, o cümlədən himayədar ailəyə verilmiş uşaqlar, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla, digər hallarda uşaqlar üzərində qəyyumluq və himayəçilik orqanının funksiyaları komissiyalara həvalə edilib.
Bununla əlaqədar sözügedən qanunlarda dəyişiklik edilməsinə zərurət yaranıb.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 10 Oktyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















