Icma.az
close
up
RU
Deputat: “İndi qalib xalqın ləyaqətli yaşayışını təmin etməliyik”

Deputat: “İndi qalib xalqın ləyaqətli yaşayışını təmin etməliyik”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

““Vaşinqton razılaşmaları” ciddi nailiyyətdir. Xarici siyasət sahəsində Prezident İlham Əliyevin və komandasının apardığı uğurlu siyasət təbii ki, bu nəticələrin alınmasında mühüm rol oynayıb. Buna görə də Prezident və komandasının gördüyü işləri rəhbərlik etdiyim Milli Cəbhə Partiyası yüksək qiymətləndirir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu partiyanın sədri Razi Nurullayev deyib.
O bildirib ki, ABŞ-də əldə olunan nəticələr regionun geopolitik mənzərəsini dəyişəcək:

“Zəngəzur dəhlizi ciddi iqtisadi imkanlar yaratmaq gücündədir, o, həm də Azərbaycanın digər bölgələri ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin ediləcək. Yekun sülh müqaviləsinin bağlanması regiona, o cümlədən ölkəmizə milyardlarla sərmayənin yatırılması, yüz minlərlə iş yerlərinin açılması deməkdir.

Deməliyik ki, Azərbaycan iqtidarı və Prezidenti xarici siyasət sahəsində zirvələri fəth edib. Azərbaycan üçün vətəndaşların yaddaşından silinməyən və tarix kitablarının səhifəsində dünya durduqca qalacaq nəticələr əldə edib. Prezident İlham Əliyevin iqtidarı dövründə xarici siyasət və ölkəmizin maraqlarının təmin olunması sahasində ölkəmiz heç zaman nail olmadığı uğurlar qazanıb”. 

O bildirib ki, iqtidarın onilliklər ərzində bütün resurslarının məhz bu nəticələri almağa yönəldiyinin fərqindədir: 

“Bizlər, xalq, hər kəs bunu qəbul edib. İndi isə növbəti uğurları daxili siyasətimizdə qazanmalıyıq. Daxili siyasət sahəsində də biz ciddi uğurlara, barışa, əməkdaşlığa, milli maraqların qorunması naminə digər maraqlardan imtina cəsarətinə nail olmuşuq.

Milli Cəbhə Partiyası bütün proseslərdə milli maraqlar naminə dövlətin yanında olub. Bu gün iqtidarla siyasi partiyalar arasında ciddi dialoq yaranıb, əməkdaşlıq var və məhz bu cür dialoq mühiti, etibarlılıq və qarşılıqlı hörmət mühiti ölkəmizdə siyasi stabilliyin və milli maraqların qorunmasının kökündə dayanan əsas faktorlardan biridir. 

Elə bu dediklərimi də nəzərə alaraq Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin rəhbərliyinə və bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. Biz birlikdə dövlətimiz üçün gözəl işlər görürük. 

İndi isə nəzərlərimizi ölkənin içinə yönəltməli, qalib xalqın ləyaqətli yaşayışını təmin etməliyik. Ölkəmizin içində inkişafa maneə törədən qüvvələri və kəsləri kəsib atmalı, tam şəffaf, aşkar və hər bir məsələdə konstitusion hüquqlara söykənən cəmiyyət quruculuğunda səylərimizi daha da gücləndirməliyik”.

“Cebheinfo.az”

Açar sözlər: qalib xalq Razi Nurullayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri