Icma.az
close
up
RU
“DEPUTAT SANKİ QƏFLƏT YUXUSUNDAN İNDİ AYILIB” “Dünyada universitetlərin rolu indi dəyişməyib...”

“DEPUTAT SANKİ QƏFLƏT YUXUSUNDAN İNDİ AYILIB” “Dünyada universitetlərin rolu indi dəyişməyib...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Milli Məclisin keçmiş və indiki deputatları arasında maraqlı polemika yaşanıb.

“AzPolitika” xəbər verir ki, elm və təhsil sahəsi üzrə tanınmış mütəxəssis, sabiq deputat Etibar Əliyev millət vəkili, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin dünyada universitetlərin yeni rolu barədə postuna öz “Facebook” səhifəsində münasibət bildirib.

Əvvəlcə Fariz İsmayılzadənin qeydləri barədə: “Universitetlər dünyada öz rolunu dəyişib. Əvvəllər onlar yalnız təhsillə məşğul olurdular. Lakin son illərdə Qərb, indi isə Asiya ölkələrində universitetlər tədqiqat və innovasiya mərkəzlərinə çevrilib. Bu qurumlar artıq texnoloji yeniliklər və kəşflər edir, onları kommersiyalaşdıraraq bazara çıxarır və bununla da iqtisadi inkişafı stimullaşdırırlar”.

F.İsmayılzadənin fikrincə, yanaşma dəyişilməlidir. Universitetlərdə yeni imkanlar yaratmaq, tədqiqat fondları təsis etmək lazımdır. Müəllimlərin tədrislə məşğul olması ilə yanaşı, tədqiqat işləri apara bilməsi üçün də qrantların ayrılması təmin edilməlidir.

Etibar Əliyev isə bildirir ki, əslində F.İsmayılzadənin dedikləri yenilik deyil:“Epitemey təfəkkür tərzidir. Dünyada universitetlərin rolu indi dəyişməyib. Dünyanın nüfuzlu universitetləri yaranandan tədqiqatları təhsildən önə çəkiblər. Deputat sanki qəflət yuxusundan indi ayılıb. 1901-ci ildən başlayaraq elm sahələrində mühüm kəşflərə Nobel mükafatı, 1936-cı ildən başlayaraq isə riyaziyyat sahəsində mühüm isbatlara görə Filds medalı verilir. İstər Nobel mükafatına, istərsə də Filds medalına layiq görülənlər universitet alimləridir. Yəni ənənə var və ənənəni qoruyub saxlayırlar”.

E.Əliyev vurğulayıb ki, bizim universitetlərdəki laboratoriyalar ötən əsrin 60-cı illərindən qalmadır. O, təssüflə qeyd edib ki, elmə büdcədən ayrılan vəsait isə 0,2 faizdir:“Vaxt itirmədən Qarabağ Universitetinin nəzdində “Silikon vadisi” yaradılmalıdır. 2010-cu ildə yaradılan Elmin İnkişafı Fondunun ayırdığı qrantlar elmin inkifına töhfə vermədi. Elmə filantropların dəstəyi yox səviyysəsindədir. Dünaynın aparıcı universitetlərində çalışan tanınmış alimlərimizin Azərbaycan elminin inkişafına dəstəyi hiss olunmur. Universitet kitabxanalarının fondu yenilənmir. Alimlərin böyük kəsimi elmi yeniliklərlə maraqlanmır. Buna tələb də yoxdur. Dəfələrlə elm adamları, tanınmış intellektuallarla magistr və doktorantların görüşünün təşkil olunmasını təklif etmişik. Universitet rəhbərləri üçün belə məsələlər maraqlı deyil”.

Ekspert doktorantlara və magistrlərə "Elmin fəlsəfəsi" fənninin tədrisini təklif etdiyini, fənnin proqramını da yazdığını xatırladıb: “Lakin əhəmiyyəti yoxdur. Peşəkar kompetensiyaların inkişafı fənlərarası biliklərin əsasını öyrənmədən mümkün deyil. Tədqiqatlarlda fənlərarası strategiya işlənməyib. Bu istiqamətdə kitablar yazılmayıb.Elmi kəşflər və innovasiyalar göydən düşmür. Bunların kökü olmalıdır. Köksüz ağac bar verməz: elmdə, təhsildə köhnə və narsist təfəkkürlə heç nəyə nail olmaq mümükün olmayacaq”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Aprel 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri