Icma.az
close
up
RU
Deputat: Kim camaatın pulu yoxdur deyirsə, yalandır

Deputat: Kim camaatın pulu yoxdur deyirsə, yalandır

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"İnkişafımız göz qabağındadır, amma bəzi xırda-para nöqsanlar da var".

Milli.Az xəbər verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihələrinə münasibət bildirərkən deyib. 

"İnkişafımız misilsiz şəkildə hamımızın gözü qarşısındadır. Hərdən Bakının televiziyada dronla görüntüsünü verirlər, adam heyran qalır ki, bizim şəhərimizdir?! Bizim burada söylədiklərimiz isə bəzi xırda-para nöqsanları gün işığına çıxartmaqdır ki, əlaqədar nazirliklər bunu görüb bir az aktiv fəaliyyət göstərsinlər, səhvlərimiz olmasın.  

Bu xırda-para məsələlərdən biri budur ki, İmişlinin 1 nömrəli məktəbində 1390 nəfər şagird təhsil alır. Məktəbin cəmi 28 otağı, amma 56 sinfi var. Yeni korpus tikilməlidir. Burda o qədər sıxlıq var ki, 6 gün ard-arda təhsil üsulu ilə işləyirlər. Bunu çoxdan bilirlər, amma əməl etmirlər. Məktəbin akt zalı sınıq, yaman günə qalmış partalarla, stol-stullarla doludur", - deyə deputat qeyd edib. 

Onun sözlərinə görə, şagirdlər Məmmədli kəndindən 7 kilometrlikdən Göbəktala və Şahverdili məktəblərinə gedir: "Onlar asfalt yolu ilə məktəbə gəlirlər. Orada modul tipli məktəb tikmək olmazmı? Bu problem bununla da həll oluna bilər. Bunu nöqsan kimi demirəm, yada salıram. Bununla yanaşı, Uşaq Mərkəzi Kitabxanası mərkəzi binadır. Amma onun istilik sistemi yoxdur, elektrik xətləri bərbad vəziyyətdədir, binanın dam örtüyünün dəyişdirilməsinə ehtiyac var, eləcə də qapı və pəncərələrin istismar müddəti bitib. Mədəni maarif müəssisəsində sanitar qovşaq yoxdur. Binanın təmir işlərinin aparılmasına ehtiyac var.

Eyni zamanda, icra nümayəndəliklərinin əksəriyyətinin binası yoxdur. Oruclu kəndində isə tragikomik vəziyyət var. İcra nümayəndəsi sənədləri maşınında gəzdirir və kənddə deyir ki, ay camaat buradayam, kimin sənəd-sünəd işi varsa, gəlsin. Onlara bir tikinti vermək olmaz? Uşaq bağçalarında da vəziyyət yaxşı deyil. Çox təəssüf ki, rayonda uşaq bağçalarının çoxu bərbad vəziyyətdədir, bir çoxu, ümumiyyətlə, yoxdur. Məsələn, Bəhrəmtəpə kimi qəsəbədə uşaq müəssisəsi yoxdur. 

Allaha şükür, camaatın vəziyyəti yaxşıdır. Gözləyirlər ki, dövlət insanlara pul, traktor versin. Gedin 10 nəfər yığışın traktor alın, heç kimə də minnət eləməyin. Əsas yeri qazmaqdır, dövlət toxumu, subsidiyanı verir. Sən tənbəlsən, indi nə edək? İzah edirik, sonra başa düşürlər. Çoxlu inkişaf etmiş fermerlər də var. Kim camaatın işi, pulu yoxdur deyirsə, yalandır". 

Sədr Sahibə Qafarova isə səslənən fikirlərə cavab verib: "Səyyad müəllim, siz deyirsiniz ki, hamısı xırda-para məsələlərdir. Amma xırda-para məsələlər haqqında xırda-para kimi danışmaq lazımdır. Onu böyük bir qlobal problemə çevirmək lazım deyil. Bu, bir. İkincisi, hörmətli Səyyad müəllim sizin sözünüzdən mən elə başa düşdüm ki, siz elə bilirsiniz, mən burada heç kimi danışmağa qoymuram. Xeyr! Burada oturan mənim çox hörmətli həmkarlarım var.

Ən azı keçən 5 ildə çox yaxşı bilirlər ki, mən heç kimin sözünü heç vaxt kəsmirəm. Əgər kəsirəmsə, mən üzr istəyirəm. Tərbiyəm belədir. Burada suallarınıza özünüz elə cavab verdiniz. Çox zaman insanların özləri fəal olmalıdır. Bunu burada biz müzakirə edəndə hökumətin, dövlətin etdiyi işlər haqqında danışmaq lazımdır. Biz xalqı təmsil edirik. Burada isə bəziləri çıxış edəndə elə çıxış edirlər ki, guya onların seçiciləri bu gün bu ölkəyə qarşıdır. Görülən işlər haqqında danışılmır. Bu qədər işlər görülür. Əlbəttə çatışmazlıqlar var. İş olan yerdə problem də olacaq. Deputat bunu elə formada çatdırsın ki, camaata da çalxalanma salmasınlar.

Siz dünən deyirsiniz ki, bəzi hökumət üzvləri elə edir ki, elə bil qəsdən edirlər, bəzi şeyləri düzgün etmirlər. Bu kim üçün deyilir?! Hansı tərəflərin sözüdür bu? Ona görə də hər bir sözün arxasında ya faktlar durmalıdır, ya da dərin bir məntiq olmalıdır. Bunu tək sizə demirəm. Bu dəqiqə bunu hamıya deyirəm. Bu sahədə çox böyük işlər görülür. Hesabatlar var, onlara baxın. Dəfələrlə nazir gəlib burada çıxış edib, suallara cavab verib. Yenə də heyvanlardan danışırlar. Yenə də deyirlər sağlam heyvanlar verilmir. Kimsə deyir ki, kiminsə gedib soyuducusunu yoxlayırlar, qazanını yoxlayırlar. Xahiş edirəm, danışanda fikir verin. Burada hamıya danışmağa imkan verirəm. Mən 30 dəqiqəni ənənə etmişəm".

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Noyabr 2024 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see211

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see138

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see122

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see117

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see114

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see114

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see112

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see111

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see111

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see110

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see109

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see109

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri