Icma.az
close
up
RU
Kim camaatın pulu yoxdur deyirsə, yalandır Deputat

Kim camaatın pulu yoxdur deyirsə, yalandır Deputat

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İnkişafımız göz qabağındadır, amma bəzi xırda-para nöqsanlar da var".

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihələrinə münasibət bildirərkən deyib. 

"İnkişafımız misilsiz şəkildə hamımızın gözü qarşısındadır. Hərdən Bakının televiziyada dronla görüntüsünü verirlər, adam heyran qalır ki, bizim şəhərimizdir?! Bizim burada söylədiklərimiz isə bəzi xırda-para nöqsanları gün işığına çıxartmaqdır ki, əlaqədar nazirliklər bunu görüb bir az aktiv fəaliyyət göstərsinlər, səhvlərimiz olmasın.  

Bu xırda-para məsələlərdən biri budur ki, İmişlinin 1 nömrəli məktəbində 1390 nəfər şagird təhsil alır. Məktəbin cəmi 28 otağı, amma 56 sinfi var. Yeni korpus tikilməlidir. Burda o qədər sıxlıq var ki, 6 gün ard-arda təhsil üsulu ilə işləyirlər. Bunu çoxdan bilirlər, amma əməl etmirlər. Məktəbin akt zalı sınıq, yaman günə qalmış partalarla, stol-stullarla doludur", - deyə deputat qeyd edib. 

Onun sözlərinə görə, şagirdlər Məmmədli kəndindən 7 kilometrlikdən Göbəktala və Şahverdili məktəblərinə gedir: "Onlar asfalt yolu ilə məktəbə gəlirlər. Orada modul tipli məktəb tikmək olmazmı? Bu problem bununla da həll oluna bilər. Bunu nöqsan kimi demirəm, yada salıram. Bununla yanaşı, Uşaq Mərkəzi Kitabxanası mərkəzi binadır. Amma onun istilik sistemi yoxdur, elektrik xətləri bərbad vəziyyətdədir, binanın dam örtüyünün dəyişdirilməsinə ehtiyac var, eləcə də qapı və pəncərələrin istismar müddəti bitib. Mədəni maarif müəssisəsində sanitar qovşaq yoxdur. Binanın təmir işlərinin aparılmasına ehtiyac var.

Eyni zamanda, icra nümayəndəliklərinin əksəriyyətinin binası yoxdur. Oruclu kəndində isə tragikomik vəziyyət var. İcra nümayəndəsi sənədləri maşınında gəzdirir və kənddə deyir ki, ay camaat buradayam, kimin sənəd-sünəd işi varsa, gəlsin. Onlara bir tikinti vermək olmaz? Uşaq bağçalarında da vəziyyət yaxşı deyil. Çox təəssüf ki, rayonda uşaq bağçalarının çoxu bərbad vəziyyətdədir, bir çoxu, ümumiyyətlə, yoxdur. Məsələn, Bəhrəmtəpə kimi qəsəbədə uşaq müəssisəsi yoxdur. 

Allaha şükür, camaatın vəziyyəti yaxşıdır. Gözləyirlər ki, dövlət insanlara pul, traktor versin. Gedin 10 nəfər yığışın traktor alın, heç kimə də minnət eləməyin. Əsas yeri qazmaqdır, dövlət toxumu, subsidiyanı verir. Sən tənbəlsən, indi nə edək? İzah edirik, sonra başa düşürlər. Çoxlu inkişaf etmiş fermerlər də var. Kim camaatın işi, pulu yoxdur deyirsə, yalandır". 

Sədr Sahibə Qafarova isə səslənən fikirlərə cavab verib: "Səyyad müəllim, siz deyirsiniz ki, hamısı xırda-para məsələlərdir. Amma xırda-para məsələlər haqqında xırda-para kimi danışmaq lazımdır. Onu böyük bir qlobal problemə çevirmək lazım deyil. Bu, bir. İkincisi, hörmətli Səyyad müəllim sizin sözünüzdən mən elə başa düşdüm ki, siz elə bilirsiniz, mən burada heç kimi danışmağa qoymuram. Xeyr! Burada oturan mənim çox hörmətli həmkarlarım var.

Ən azı keçən 5 ildə çox yaxşı bilirlər ki, mən heç kimin sözünü heç vaxt kəsmirəm. Əgər kəsirəmsə, mən üzr istəyirəm. Tərbiyəm belədir. Burada suallarınıza özünüz elə cavab verdiniz. Çox zaman insanların özləri fəal olmalıdır. Bunu burada biz müzakirə edəndə hökumətin, dövlətin etdiyi işlər haqqında danışmaq lazımdır. Biz xalqı təmsil edirik. Burada isə bəziləri çıxış edəndə elə çıxış edirlər ki, guya onların seçiciləri bu gün bu ölkəyə qarşıdır. Görülən işlər haqqında danışılmır. Bu qədər işlər görülür. Əlbəttə çatışmazlıqlar var. İş olan yerdə problem də olacaq. Deputat bunu elə formada çatdırsın ki, camaata da çalxalanma salmasınlar.

Siz dünən deyirsiniz ki, bəzi hökumət üzvləri elə edir ki, elə bil qəsdən edirlər, bəzi şeyləri düzgün etmirlər. Bu kim üçün deyilir?! Hansı tərəflərin sözüdür bu? Ona görə də hər bir sözün arxasında ya faktlar durmalıdır, ya da dərin bir məntiq olmalıdır. Bunu tək sizə demirəm. Bu dəqiqə bunu hamıya deyirəm. Bu sahədə çox böyük işlər görülür. Hesabatlar var, onlara baxın. Dəfələrlə nazir gəlib burada çıxış edib, suallara cavab verib. Yenə də heyvanlardan danışırlar. Yenə də deyirlər sağlam heyvanlar verilmir. Kimsə deyir ki, kiminsə gedib soyuducusunu yoxlayırlar, qazanını yoxlayırlar. Xahiş edirəm, danışanda fikir verin. Burada hamıya danışmağa imkan verirəm. Mən 30 dəqiqəni ənənə etmişəm".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri