Icma.az
close
up
RU
Deputat: Kitaba, ədəbiyyata sərmayə qoymaqdan çəkinməməliyik

Deputat: Kitaba, ədəbiyyata sərmayə qoymaqdan çəkinməməliyik

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 noyabr, AZƏRTAC

Bu gün Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan layihələr müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova təqdim olunan büdcə sənədini ölkənin sosial rifahı, insan kapitalının inkişafı və milli prioritetlərin reallaşdırılması baxımından yüksək qiymətləndirib.

Deputat bildirib ki, büdcənin mərkəzində hər zaman olduğu kimi insan amili dayanır. O, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin davam etdirilməsini, iqtisadiyyat və milli təhlükəsizlik sahələrində nəzərdə tutulan tədbirlərin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Elnarə Akimova çıxışında, həmçinin islahatların sürətləndirilməsi zərurətini vurğulayaraq bir sıra təkliflərlə çıxış edib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə dövlət varidatı elan edilən müəlliflərin əsərləri çoxcildlik seriya şəklində çap olunarsa, bu, mədəni həyat üçün önəmli töhfə olar. Deputat 2004-cü ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla həyata keçirilən latın qrafikalı kütləvi nəşrlərin ölkə mədəniyyəti üçün böyük hadisə olduğunu da xatırladıb.

Çıxışında seçildiyi Sumqayıt şəhəri ilə bağlı məsələlərə də toxunan deputat bir sıra mədəniyyət ocaqlarının acınacaqlı vəziyyətdə olduğunu bildirib. O, şəhərdəki bəzi kitabxanaların və musiqi məktəblərinin təmirə ehtiyacı olduğunu, Cəfər Cabbarlı adına Mədəniyyət Evində isə qəzalı vəziyyətin yarandığını vurğulayıb.

Deputat, həmçinin Hacı Zeynalabdin qəsəbəsində 40 mindən çox əhali yaşamasına baxmayaraq, bir dənə də mədəniyyət ocağının olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, mədəniyyət evləri və kitabxanalar yalnız mədəni-kütləvi tədbirlərin təşkilinə deyil, həm də gənclərin maariflənməsi və ziyanlı vərdişlərdən uzaq tutulmasına əhəmiyyətli təsir göstərir.

Elnarə Akimova aidiyyəti qurumları bu istiqamətdə tədbirlər görməyə, təmirə ehtiyacı olan məkanları nəzarətə götürməyə və ehtiyac olan ərazilərdə yeni mədəniyyət ocaqları açmağa çağırıb.

O, daha sonra iclasda iştirak edən maliyyə naziri Sahil Babayevə xitabən Milli Kitab Mükafatı ilə bağlı təklifini səsləndirib: “Mən komitənin iclasında Milli Kitab Mükafatının təsis edilməsi ilə bağlı məsələ qaldırmışdım. İnanıram ki, məsələyə həssas yanaşacaqsınız. Çünki dəfələrlərlə vurğulayırıq ki, biz siyasətdə, idman sahəsində dünyada sözümüzü demişik. Bu gün xüsusilə Zəfəri qazandığımız indiki reallıqda, sözümüzü, həqiqətlərimizi bədii təcəssüm predmetinə çevirməklə dünyaya çatdırmağa daha çox ehtiyac var. Siz təsəvvür edin ki, 90-cı illərdə, o çətin dövrdə Ümummilli Liderimiz Heydər Əliyev ədəbiyyatımızı, mədəniyyətimizi zamanın sərt aşınmalarından necə zədəsiz, bütöv çıxara bildi. Bir neçə gün əvvəl Akademiyanın 80 illik yubileyində Prezident İlham Əliyev əgər milli dilin qorunması ilə bağlı çağırışlar edirsə, mənə elə gəlir ki, bu gün biz kitab siyasətinə xüsusi diqqətlə yanaşmalıyıq. Çünki kitablarda bizim milli kimliyimiz, milli yaddaşımız qorunur. Dil siyasətini də bura əlavə etsək və əgər yaddaşlı nəsil yetişdirmək istəyiriksə, bu məsələlərə, kitaba, ədəbiyyata sərmayə qoymaqdan çəkinməməliyik”.

Sonda deputat büdcə zərfini yüksək qiymətləndirdiyini bildirərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsində daha böyük uğurlar qazanacağına əminliyini ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri