Icma.az
close
up
RU
“Biz kitaba, ədəbiyyata pul ödəməyi prestij məsələsinə çevirməyə çalışmalıyıq” Fazil Mustafa

“Biz kitaba, ədəbiyyata pul ödəməyi prestij məsələsinə çevirməyə çalışmalıyıq” Fazil Mustafa

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq.

Bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib.

Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək.

Mükafata iki kateqoriya üzrə əsər qəbulu mümkün olacaq: nəsr (roman və hekayələr toplusu) və poeziya (şeirlər və mənzum hekayələr).

Müsabiqəyə hər nəşriyyat 2 əsər, hər ədəbi orqan isə tamamilə çap etdiyi 1 əsər təqdim edə bilər.

Əsərlərin qiymətləndirilməsi bir neçə mərhələ üzrə aparılacaq. Birinci mərhələdə sentyabr ayında Ekspertlər Şurası tərəfindən 10 əsərdən ibarət uzun siyahı tərtib ediləcək. Noyabr ayında isə xüsusi komissiya 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcək. Elə həmin ay isə Azərbaycan Kitab Mükafatının laureatı elan olunacaq.

Gununsesi.info bildirir ki, Milli Məclisin deputatı Fazil Mustafa məsələyə belə münasibət bildirib:

“Əlbəttə, büdcə imkanlarına görə belə bir məbləğ müəyyən olunub, ancaq burada ianə resursları barədə düşünülsə daha doğru olardı. Yəni bu müsabiqəyə könüllü ianə formasında vəsait köçürülməsi və qalibdən sonra mükafatlandırlanların sayının və ödənişin məbləğinin artırılması məqsədəuyğun olardı. Biz kitaba, ədəbiyyata pul ödəməyi prestij məsələsinə çevirməyə çalışmalıyıq. Kimsə qoy ianə olara bu məqsədlə açılmış bank hesabına minimum 100 manat ödəsin, ancaq bilsin ki, ödədiyi pul kitaba, ədəbiyyat adamına, yazara gedir, Bu həm də yalnız dövlətin deyil, həm də cəmiyyətin bu önəmli tədbirdə iştirakını stimullaşdırma olarıq”.

Deputat  “Məhsəti” filminin festifala buraxılmaması məsələsinə də toxunub:

“Filmin mediada yer alan izahı isə düşünürəm ki, çox uğursuzdur. Məhz bu izaha görə həmin filmi Kann festivalında üstün nominasiyaya layiq görə bilərlər. Ümumiyyətlə, filmə ideoloji baxış ağırlıqlı olarsa, çağdaş film yaratmaq mümkün olmayacaqdır. Filmə baxmamışam, ancaq ittiham mətni olduqca zərərlidir.

Deyilir ki: “Məhsətini əxlaqsız kimi göstərib!” Görünür bu izahı verənlərin Məhsətinin şeirləri ilə dərindən tanışlığı yoxdur, bəzi rübailəri 18+ məhdudiyyətinə uyğun gəlirsə, o halda onun obrazını komsomol propaqandiaçısı kimi təqdim etmək sənət baxımından nə dərəcədə estetik alınar?

Onun həyat ideallarının real təsviri min il öncə yaşamış bir xanımın nüfuzuna xələl gətirməz, ancaq qadın azadlığı motivində çəkilən müasir filmə baxışımıza mübahisəli durum yarada bilər. Hər halda kino sənətinə töfhə vermək istəyən rejissorları, aktorları bəri başdan bu cür ittihamlara məruz qoymaq onların qol-qanadını sındırmaq deməkdir. Həqiqətən ehtiyatlı olmalıyıq. Bu gün səviyyəli film çəkmək üçün böyük vəsaitə ehtiyac var, ayrı-ayrı mesenatları bu işə yönləndirmək üçün çərçivəni bu qədər məhdud götürməməliyik”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri