Icma.az
close
up
RU
Deputat: Lüksemburqun parlamentində Azərbaycan əleyhinə qəbul olunan qətnamə riykarlığın bariz nümunəsdir AZƏRTAC

Deputat: Lüksemburqun parlamentində Azərbaycan əleyhinə qəbul olunan qətnamə riykarlığın bariz nümunəsdir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 11-də Azərbaycanda işə başlayan və dünyanın 200-dək ölkəsini təmsil edən nümayəndələri bir araya gətirən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla davam etməsi ölkəmizin dünya miqyasında nüfuzunun günbəgün daha artmasının və qlobal əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etməsinin sübutudur.

Məhz bu amillər, xüsusilə də ərazi bütövlüyünü və suverenliyini bərpa edərək erməni separatizminə son qoyan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını öz gücü hesabına yerinə yetirən Azərbaycanın yürütdüyü müstəqil və prinsipial xarici siyasət kursu Ermənistanın əsas havadarı Fransa və onun “çətiri” altında olan, diktəsi ilə hərəkət edən “cırtdan” Lüksemburq kimi dövlətləri ölkəmizə qarşı riyakar əməllərə sövq edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov söyləyib.

Deputat vurğulayıb ki, bu xüsusda, Lüksemburq parlamentində ölkəmizə qarşı yönəlmiş qətnamə siyasi riyakarlağın bariz nümunəsi olmaqla, erməni lobbisinin maliyyə dəstəyi və Fransanın diktəsi ilə hərəkət edən, fəaliyyətlərində ikili standartları rəhbər tutan Lüksemburq parlamentarilərinin ikiüzlü siyasətini bir daha təsdiqləyir.

Qətnamədə yer almış əsassız, heç bir məntiqə sığmayan yalan iddialar bir daha göstərir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dönəmdə azərbaycanlılara qarşı törətdiyi ağır cinayətlərə, soyqırımına, ərazilərimizin vəhşicəsinə viran qoyulmasına, tarixi, mədəni, dini abidələrimizin məhv edilməsinə, təbii ehtiyatlarımızın talan olunmasına, ekoloji cinayətlərə, öz dədə-baba yurdu olan indiki Ermənistan ərazisindən didərgin salınmış həmvətənlərimizin fundamental hüquqlarının pozulmasına onilliklər boyu göz yuman Lüksemburq parlamentariləri erməni lobbisindən daha çox maliyyə yardımı almaq uğrunda “yarışa” qoşulublar.

“Prezident İlham Əliyev noyabrın 12-də COP29-un Liderlər Sammitinin açılış mərasimində və noyabrın 13-də COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışları zamanı ölkəmiz əleyhinə səfərbər olan bu riyakar qüvvələrə tutarlı şəkildə cavab verdi.

Lüksemburq parlamentinin qərəzli qətnaməsini qəti şəkildə qınayır və bu ölkənin parlamentarilərini belə riyakar əməllərdən çəkinməyə çağırırıq. Reallıqdan uzaq olan bu şəxslər nəhayət anlamalıdırlar ki, qlobal miqyasda etibarlı tərəfdaşa çevrilən və Prezident İlham Əliyevin mükəmməl liderliyi sayəsində hədəflərinə uğurla çatan Azərbaycanla hədə dilində, amiranə tərzdə danışmaq heç bir nəticə verməyəcək”, - deyə deputat vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri