Icma.az
close
up
RU
Deputat: Lüksemburqun parlamentində Azərbaycan əleyhinə qəbul olunan qətnamə riyakarlığın bariz nümunəsidir AZƏRTAC

Deputat: Lüksemburqun parlamentində Azərbaycan əleyhinə qəbul olunan qətnamə riyakarlığın bariz nümunəsidir AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 11-də Azərbaycanda işə başlayan və dünyanın 200-dək ölkəsini təmsil edən nümayəndələri bir araya gətirən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla davam etməsi ölkəmizin dünya miqyasında nüfuzunun günbəgün daha artmasının və qlobal əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etməsinin sübutudur.

Məhz bu amillər, xüsusilə də ərazi bütövlüyünü və suverenliyini bərpa edərək erməni separatizminə son qoyan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını öz gücü hesabına yerinə yetirən Azərbaycanın yürütdüyü müstəqil və prinsipial xarici siyasət kursu Ermənistanın əsas havadarı Fransa və onun “çətiri” altında olan, diktəsi ilə hərəkət edən “cırtdan” Lüksemburq kimi dövlətləri ölkəmizə qarşı riyakar əməllərə sövq edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov söyləyib.

Deputat vurğulayıb ki, bu xüsusda, Lüksemburq parlamentində ölkəmizə qarşı yönəlmiş qətnamə siyasi riyakarlığın bariz nümunəsi olmaqla, erməni lobbisinin maliyyə dəstəyi və Fransanın diktəsi ilə hərəkət edən, fəaliyyətlərində ikili standartları rəhbər tutan Lüksemburq parlamentarilərinin ikiüzlü siyasətini bir daha təsdiqləyir.

Qətnamədə yer almış əsassız, heç bir məntiqə sığmayan yalan iddialar bir daha göstərir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dönəmdə azərbaycanlılara qarşı törətdiyi ağır cinayətlərə, soyqırımına, ərazilərimizin vəhşicəsinə viran qoyulmasına, tarixi, mədəni, dini abidələrimizin məhv edilməsinə, təbii ehtiyatlarımızın talan olunmasına, ekoloji cinayətlərə, öz dədə-baba yurdu olan indiki Ermənistan ərazisindən didərgin salınmış həmvətənlərimizin fundamental hüquqlarının pozulmasına onilliklər boyu göz yuman Lüksemburq parlamentariləri erməni lobbisindən daha çox maliyyə yardımı almaq uğrunda “yarışa” qoşulublar.

“Prezident İlham Əliyev noyabrın 12-də COP29-un Liderlər Sammitinin açılış mərasimində və noyabrın 13-də COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışları zamanı ölkəmiz əleyhinə səfərbər olan bu riyakar qüvvələrə tutarlı şəkildə cavab verdi.

Lüksemburq parlamentinin qərəzli qətnaməsini qəti şəkildə qınayır və bu ölkənin parlamentarilərini belə riyakar əməllərdən çəkinməyə çağırırıq. Reallıqdan uzaq olan bu şəxslər nəhayət anlamalıdırlar ki, qlobal miqyasda etibarlı tərəfdaşa çevrilən və Prezident İlham Əliyevin mükəmməl liderliyi sayəsində hədəflərinə uğurla çatan Azərbaycanla hədə dilində, amiranə tərzdə danışmaq heç bir nəticə verməyəcək”, - deyə deputat vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see361

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see220

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see187

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see144

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see131

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see129

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see127

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see127

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see126

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see126

Putin ona general leytenant rütbəsi verdi

04 Sentyabr 2025 18:51see126

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see125

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see124

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see124

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see124

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see121

CBDC lər ənənəvi bank sistemini daha rəqəmsal olmağa vadar edir EKSPERT ŞƏRH ETDİ

04 Sentyabr 2025 11:19see118

Futbolçunu təhqir etdi, bir il azadlıqdan məhrum olundu

04 Sentyabr 2025 08:40see118

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see118

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri