Deputat mandatından imtina edəcək
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Ermənistan parlamentinin deputatı Lilit Stepanyan mandatından imtina edəcək və Kotayk vilayətinin qubernatoru təyin olunacaq.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O, “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin növbəti iclasından qısa video paylaşıb.
Qeyd edək ki, hələ avqust ayında Ermənistan KİV-ləri Lilit Stepanyanın Kotayk vilayətinin qubernatoru vəzifəsinə təyin olunacağını yazırdılar.
Məlumatlara görə, hakimiyyət oktyabr-noyabr aylarında Kotaykda keçirilməsi gözlənilən yerli özünüidarəetmə orqanlarına seçkilər zamanı vəziyyətə effektiv nəzarət edə biləcək şəxsi bu vəzifəyə gətirməyə çalışır. Həmçinin həmin şəxsin yerlərdəki vəziyyət barədə hakimiyyətə dolğun məlumat ötürməsi gözlənilir.
Lilit Stepanyan deputat seçilməzdən əvvəl Razdan şəhərinin merinin səlahiyyətlərini müvəqqəti icra edib. Daha sonra Ermənistan parlamentinə deputat seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 21 Oktyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















