Simonyan deputat mandatından imtina etdi
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Ermənistan parlamentinin sədri Alen Simonyan parlament (deputat) mandatını qəbul etməyəcəyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
“Mandatı götürməyəcəm, deputat kimi işimi davam etdirmək üçün Milli Məclisə gəlməyəcəm. Əvvəla, bir az dincəlmək istəyirəm. Unutmayın ki, bu, müharibədən sonrakı, müxtəlif çətinliklərdən keçən parlament idi”, - o bildirib.
Simonyan əlavə edib ki, özü üçün Ermənistan prezidenti postuna keçməyi düşünmür.
Spiker aktiv siyasi fiqur olaraq qalacağını qeyd edib: “Siyasətdən getməyəcəm, siyasi səhifəni bağlamıram”.
Xatırladaq ki, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası İdarə Heyətinin ötən həftə keçirilən gizli səsverməsində Alen Simonyan parlament sədri namizədliyinə seçilə bilməyib. Onu bu postda səsvermədə namizəd seçilən müavini Ruben Rubinyan əvəz edəcək. Bundan sonra və əvvəl mediada Alen Simonyanın Vaaqn Xaçaturyanın yerinə prezident postuna keçəcəyi haqda məlumat yayılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 02 İyul 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















