Icma.az
close
up
RU
Deputat Məşhur Məmmədov: “İğdır Naxçıvan qaz kəməri həm də dayanıqlı sabitliyə xidmət edəcək”

Deputat Məşhur Məmmədov: “İğdır Naxçıvan qaz kəməri həm də dayanıqlı sabitliyə xidmət edəcək”

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

“İğdır-Naxçıvan qaz kəmərinin açılışı regionda yeni iqtisadi perspektiv imkanları yaratmaqla bərabər, həm də bölgədə dayanıqlı sabitliyi gücləndirən addımlardan biridir. Bu səbəbdən, Azərbaycan və Türkiyənin açılış mərasimini etdiyi qaz kəməri region üçün əhəmiyyətli layihələrdən biridir”. Bu sözləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov deyib. Məlum olduğu kimi, martın 5-də bu layihənin açılışıdır. Tədbirdə prezidentlərin iştirakı gözlənilir. Deputat Məşhur Məmmədov isə saytımıza açıqlamasında qeyd edib ki, iki qardaş dövlət arasında əməkdaşlıq zirvədədir. Onun fikrincə, Ermənistan bu fürsətləri qaçırmamalıdır: “Ermənistan rəsmiləri arzularını dilə gətirmişdilər ki, Azərbaycan qazını ala bilərik. Bunun üçün ilk növbədə sülh sənədi imzalanmalıdır, diplomatik əlaqələr qurulmalıdır. Buna qədər isə Azərbaycandan Azərbaycana keçid təmin olunmalıdır. Yəni bizim qərb rayonlarından Naxçıvana maneəsiz gediş-gəliş reallaşmalıdır. Əgər Ermənistan bunu başa düşürsə, öhdəliyini yerinə yetirməlidir. Göründüyü kimi, İğdır-Naxçıvan qaz kəməri işə düşür. Ermənistan rəsmiləri dərk etməlidirlər ki, ölkənin iqtisadi blokadadan çıxışı Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaqdan keçir”.
Deputat əlavə edib ki, bu gün Azərbaycanla Türkiyə hər addımda birgə hərəkət edir: “İki qardaş dövlətin müttəfiqliyi yüksəlişdədir. Bu gün bütün sahələr üzrə əlaqələr inkişaf edir. Bu layihə də olduqca mühüm əhəmiyyətə malikdir. Türkiyə və Azərbaycan bir-birini bütün məsələlərdə müdafiə edir. Qardaşlığımız əbədi və daimidir.
Onu da deməliyəm ki, Türkiyənin əsas qaz tədarükçülərindən olan Azərbaycan, həm də qardaş ölkə vasitəsilə Naxçıvan Muxtar Respublikasının “mavi yanacaq”la təchizatı probleminin həlli üçün yeni fürsət qazanıb”.
Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.
Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
Beləliklə, Türkiyədən Naxçıvana təbii qazın ixracına başlanılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Mart 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri