Pərviz Şahbazov: İğdır Naxçıvan qaz kəməri Naxçıvan və İğdır əhalisinin rifahına xidmət edəcək
Icma.az bildirir, Baku.ws portalına istinadən.
İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək.
"Report" xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov İğdır-Naxçıvan təbii qaz kəməırinin açılışı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, layihə bölgələrin gələcəkdə inkişafı üçün rol oynayacaq:
"Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var.
Bununla yanaşı, bu layihədə əks istiqamətdə də qaz hərəkət edə bilər, bu, layihənin bölgə üçün böyük mənaya gəldiyini deməyə əsas verir.
Mən fürsətdən istifadə edərək hörmətli Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 05 Mart 2025 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















