Icma.az
close
up
RU
Deputat: Milli Qurtuluş Günü bizə keçmişi unutmadan gələcəyə daha inamla baxmaq imkanı verir

Deputat: Milli Qurtuluş Günü bizə keçmişi unutmadan gələcəyə daha inamla baxmaq imkanı verir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 11 iyun, AZƏRTAC

Xalqımızın milli iradəsinin, birliyinin və dövlətçilik uğrunda mübarizəsinin rəmzi olan Milli Qurtuluş Günü müasir tariximizin ən şərəfli səhifələrindəndir. 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən xalqımız daxili siyasi çəkişmələr, ağır iqtisadi böhran və Ermənistanın işğalçılıq siyasəti ilə müşayiət olunan çətin bir dövr yaşayırdı. Müdrik Azərbaycan xalqı belə bir dövrdə xilas yolunu Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıdışı müasir tariximizdə mühüm dönüş nöqtəsi oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı vurğulayıb.

Həqiqi dövlət müstəqilliyini qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu söyləyən deputat qeyd edib ki, 1991-1993-cü illər ərzində ölkəmizdə dövlət müstəqilliyimizə və suverenliyimzə təhdid yaradan bütün amillər mövcud idi. Ölkədə həyatın bütün sahələrində dərin böhran yaşanırdı. Ermənistanın işğalçılıq siyasəti, şəhər və kəndlərimizin ard-arda işğala məruz qalması, hakimiyyətdaxili siyasi çəkişmələr, orduda vahid komandanlığın olmaması, genişlənən qaçqın və köçkün problemləri vəziyyəti daha da ağırlaşdırırdı.

“Tarixə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizi 1991-ci ildə bərpa olunmuş müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Tarixi xilaskarlıq missiyasını uğurla həyata keçirən Ulu Öndərin siyasi təcrübəsi, müdrik və qətiyyətli qərarları və milli maraqlara əsaslanan siyasəti sayəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, separatçılıq meyilləri neytrallaşdırıldı, nizami ordu quruculuğuna başlanıldı və ölkənin beynəlxalq aləmdə nüfuzu yüksəldi”, - deyə Mircəlil Qasımli vurğulayıb.

Deputat bildirib ki, Azərbaycanın uzunmüddətli iqtisadi inkişafının möhkəm təməlini qoyan Ümummilli Liderin təşəbbüsü və iştirakı ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin hərtərəfli inkişafına əsaslı zəmin yaratdı. Ümummilli Liderin müəyyənləşdirdiyi enerji strategiyası xalqımızın taleyində, Azərbaycanın davamlı və dayanıqlı inkişafında, beynəlxalq mövqelərinin formalaşmasında böyük rola malikdir. Ümummilli Liderin müdrik rəhbərliyi ilə dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi istiqamətində zəruri addımlar atıldı, hüquqi və demokratik islahatlar həyata keçirildi. Bu il qəbul olunmasının 30-cu ildönümünü qeyd etdiyimiz ilk Konstitusiyamız hazırlanaraq qəbul edildi. Beləliklə, Ümummilli Lider müstəqil Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində hərtərəfli yüksəlişin möhkəm əsaslarını yaratdı. Ölkəmiz müstəqil dövlət kimi davamlı inkişaf yoluna qədəm qoydu.

Milli Qurtuluş Günü hər bir azərbaycanlı üçün böyük əhəmiyyətə malik hadisədir. Bu tarixi gün dövlətinə, xalqına və liderinə olan etimadın, milli həmrəyliyin və gələcəyə olan ümidin təntənəsidir. 15 iyun tarixi bizə keçmişi unutmadan gələcəyə daha inamla baxmaq imkanı verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see223

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see194

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see190

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see167

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see162

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see162

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see159

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see156

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see139

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri