Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür ŞƏRH

Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb və ziddiyyətli bir dövrə qədəm qoymuşdu. Ermənistanın genişmiqyaslı hərbi təcavüzü ilə Qarabağ və ətraf rayonlarımız işğal olunmağa başlamış, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Ölkə daxilində baş verən hakimiyyət çəkişmələri, qanunsuz silahlı qruplaşmaların fəallaşması, ayrı-ayrı bölgələrdə separatizm meyillərinin güclənməsi dövlətin mövcudluğunu və suverenliyini ciddi təhlükəyə məruz qoymuşdu. Belə ağır və taleyüklü şəraitdə xalqın yeganə ümidi dünya miqyasında tanınmış siyasi xadim, zəngin idarəçilik təcrübəsinə malik Ümummilli Lider Heydər Əliyev idi. Dövlətçiliyin iflasa uğramaq təhlükəsi ilə üz-üzə qaldığı bu mürəkkəb dövrdə Ulu Öndərin hakimiyyətə qayıtması xalqımız tərəfindən təkidlə tələb olunurdu. Həmin vaxt Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev ümumxalq çağırışına səs verərək Bakıya gəldi.
Qeyd edək ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi müstəqil dövlətimizin xilası baxımından müstəsna əhəmiyyət daşıyan dönüş nöqtəsi oldu. Ulu Öndər hakimiyyətə gəldikdən dərhal sonra ilk növbədə daxili sabitliyi bərpa etdi. Sonra dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi infrastrukturun bərpası və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində tədbirlər gördü. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası hüquqi dövlət quruculuğu yolunda fundamental mərhələ oldu. Bu mühüm sənəd dövlətin idarəetmə prinsiplərini, hakimiyyət qolları arasında səlahiyyət bölgüsünü, insan və vətəndaş hüquq və azadlıqlarının təminat mexanizmlərini dəqiq müəyyənləşdirdi. Konstitusiyada qanunun aliliyi əsas prinsip kimi götürüldü, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, parlamentin rolu və demokratik seçki hüququ konstitusion qaydada təsbit olundu. Milli suverenliyin və dövlət müstəqilliyinin hüquqi təminatı məhz bu sənədlə möhkəmləndirildi. Konstitusiya həmçinin vətəndaşların sərbəst toplaşmaq, fikir və söz azadlığı, vicdan və etiqad azadlığı kimi fundamental hüquqlarını da təmin edərək demokratik cəmiyyətin hüquqi təməlini yaratdı. Eyni zamanda dövlətin sosialyönümlü siyasət yürütməsi, təhsil, səhiyyə və mədəniyyət sahələrində vətəndaşların rifahının təmin olunması da Konstitusiya ilə dövlətin üzərinə qoyulan əsas vəzifələr kimi müəyyən edildi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də müstəqil dövlət quruculuğunun əsas ideya-siyasi platforması idi.
Onu da qeyd edək ki, Ulu Öndər Heydər Əliyev təhsili milli inkişafın əsası kimi dəyərləndirərək bu sahəyə strateji önəm verirdi. Onun təşəbbüsü ilə təhsil sisteminin müasir tələblərə uyğunlaşdırılması istiqamətində islahatlara başlandı. Ali məktəblərə qəbulda şəffaflıq təmin olundu və biliyin obyektiv qiymətləndirilməsi sistemi formalaşdırıldı. Azərbaycan dili və milli-mənəvi dəyərlərin qorunması təhsil siyasətinin əsas sütunları kimi müəyyənləşdirildi. Ulu Öndər həmçinin xaricdə təhsilin stimullaşdırılmasını və gənc mütəxəssislərin elmi potensialının inkişafını önə çəkdi. Ulu Öndər gəncləri müstəqil Azərbaycanın gələcəyi kimi dəyərləndirmiş, onların intellektual, mənəvi və fiziki inkişafına xüsusi önəm vermişdir. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, 2 fevral tarixinin Gənclər Günü kimi təsis olunması bu baxımdan xüsusi qeyd olunmalıdır. Heydər Əliyevin təşəbbüsü ilə gənclər təşkilatlarının formalaşması və onların ictimai-siyasi proseslərdə iştirakı dəstəklənmişdir. Bu strateji yanaşma nəticəsində ölkədə vətənpərvər, bilikli və fəal gənclər yetişməyə başlamışdır. Gənclər arasında milli ruhun möhkəmləndirilməsi, Vətənə sədaqət və dövlətçilik dəyərlərinin aşılanması istiqamətində ardıcıl proqramlar həyata keçirilmişdir. Heydər Əliyev idmanı gənclərin fiziki və mənəvi tərbiyəsində mühüm vasitə kimi görür, bu sahənin inkişafını milli maraqlar baxımından zəruri sayırdı. O dövrdə beynəlxalq idman qurumları ilə əməkdaşlıq genişləndirildi, idman federasiyaları yenidən quruldu və infrastruktur layihələri həyata keçirildi. Ümummilli Liderin idmana verdiyi dəstək nəticəsində Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəni layiqincə təmsil etməyə başladılar. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində vahid komandanlıq sistemi formalaşdırıldı, hərbi hissələrin fəaliyyəti ardıcıl şəkildə təkmilləşdirildi, döyüş hazırlığının artırılmasına və peşəkar zabit korpusunun yetişdirilməsinə xüsusi önəm verildi. Ordunun strukturlaşdırılması, intizamlı və mərkəzləşdirilmiş idarəetmə sisteminin qurulması ilə yanaşı, hərbi təhsil sahəsində də mühüm addımlar atıldı. Hərbi liseylər, akademiyalar və zabit hazırlığı mərkəzləri fəaliyyətə başladı. Müdafiə sənayesinin təşkili istiqamətində sistemli tədbirlər görülərək ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş yerli istehsal infrastrukturunun əsası qoyuldu. Hərbi vətənpərvərlik tərbiyəsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildi. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu müstəqil Azərbaycanın milli maraqlarına əsaslanmaqla qarşılıqlı faydalı əməkdaşlıq prinsipi üzərində quruldu. Ölkənin beynəlxalq nüfuzu artdı, etibarlı və dialoqa açıq tərəfdaş imici formalaşdı. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın maraqlarını qoruyan təşəbbüslər irəli sürüldü, ölkənin ərazi bütövlüyü və suverenliyi ilə bağlı prinsipial mövqeyi qlobal platformalarda dəfələrlə səsləndirildi və getdikcə daha çox dəstək qazandı. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın sosial-iqtisadi təhlükəsizliyinin təmin olunması, xarici sərmayələrin cəlb edilməsi və ölkənin qlobal enerji bazarına inteqrasiyasında tarixi əhəmiyyət kəsb edir. Bu layihə ilə ölkəmiz zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmağa və həmin sahədə transmilli şirkətlərlə strateji tərəfdaşlığa başladı. Ulu Öndərin müəllifi olduğu neft strategiyası həm də geosiyasi və diplomatik güc amilinə çevrildi. Bütün bu addımlar Azərbaycanın beynəlxalq aləmdə söz sahibi olan, uğurlu bir yol seçmiş dövlət kimi tanınmasına şərait yaratdı. Heydər Əliyevin uzaqgörən xarici siyasəti ölkənin gələcək geosiyasi mövqeyinin möhkəmlənməsində mühüm rol oynadı. Beləliklə, Heydər Əliyevin sabitlik, inkişaf və dövlətçiliyin gücləndirilməsi strategiyası sayəsində Azərbaycan regionun aparıcı ölkəsinə çevrildi. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar, dövlət idarəçiliyinin gücləndirilməsi, ordu quruculuğu və milli həmrəyliyin təmin olunması istiqamətində atılan addımlar sonrakı illərdə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan mübarizənin əsaslarını formalaşdırdı. Bütün bu amillər müstəqil dövlətimizi gələcək zəfərlərə aparan yolun başlanğıcı idi.
Xüsusilə qeyd etmək lazımdır ki, 2003-cü ildə xalqın böyük etimadı ilə prezident seçilən İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirdi. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar, beynəlxalq əlaqələrin gücləndirilməsi, hərbi potensialın artırılması sayəsində Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi təmin olundu. 2023-cü ildə isə şanlı ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam bərqərar oldu.
Ən əsası, 15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixi yaddaşında azadlıq, sabitlik və qurtuluş ideyalarının təcəssümüdür. Ulu Öndərin siyasi irsi və Prezident İlham Əliyevin uzaqgörən liderliyi sayəsində Azərbaycan XXI əsrdə qalib dövlət kimi dünya miqyasında böyük nüfuz qazanıb.
Leyla Bayramova,
YAP Göygöl rayon təşkilatı üzrə Çaylı kənd ərazi partiya təşkilatının fəal üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyun 2026 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri