Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycanın son illərdə keçdiyi yol ölkənin qarşısında duran tarixi vəzifələrin mahiyyətini dəyişib. Uzun illər əsas milli məqsəd torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası idisə, bu gün həmin tarixi nəticənin qorunması və dövlət gücünün daha da möhkəmləndirilməsi əsas vəzifəyə çevrilib. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı məhz bu yeni reallığın siyasi və strateji çərçivəsini müəyyənləşdirir. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər göstərir ki, Zəfər Azərbaycanın yolunun sonu deyil, əksinə, qarşıda yeni təhlükəsizlik, siyasi, iqtisadi və ideoloji vəzifələr yaradan yeni mərhələnin başlanğıcıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

“Azərbaycan uzun illər torpaqlarının işğaldan azad edilməsi üçün mübarizə aparıb. Bu mübarizənin hərbi mərhələsi 2020-ci ilin Zəfəri ilə nəticələndi. 2023-cü il sentyabrın 20-də isə separatizmə son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu Qurultay ilk dəfədir ki, Azərbaycan bütün ərazisində öz suverenliyini təmin etdikdən sonra keçirilirdi. Amma Zəfər tarixi nəticədir, dövlətçilik isə davam edən prosesdir. Prezidentin qurultayda səsləndirdiyi fikirlərin əsas mahiyyəti də məhz budur ki, Azərbaycan qazandığı nəticələri qorumaq üçün bundan sonra da güclü olmalıdır. Bu gün dünyada baş verən proseslər göstərir ki, beynəlxalq münasibətlər sistemi əvvəlki kimi sabit deyil. Müxtəlif regionlarda müharibələr davam edir, təhlükəsizlik mexanizmləri ciddi sınaqlardan keçir. Belə bir şəraitdə Azərbaycanın hərbi gücünü artırması təsadüfi qərar deyil. Prezident bunu açıq şəkildə bildirdi ki, qarşıdakı əsas vəzifələrdən biri hərbi gücümüzün daha da artırılmasıdır. İlk baxışda sual yarana bilər ki, Azərbaycan Zəfər qazanıb, Ermənistanla müharibə yoxdur, sərhədlərdə sakitlikdir, sülh müqaviləsi paraflanıb. Bəs onda hərbi potensialı niyə artırmaq lazımdır? Cavab isə çox sadədir, sülhü qorumaq üçün güc lazımdır. Azərbaycanın son onilliklərdəki təcrübəsi bunu kifayət qədər aydın göstərib. Dövlətin təhlükəsizliyinin təmin olunması yalnız siyasi bəyanatlarla deyil, real imkanlarla bağlıdır”, - deyə deputat bildirib.

O qeyd edib ki, Prezidentin çıxışında diqqət çəkən digər məsələ isə təhlükəsizliyin artıq yalnız ordu və sərhəddən ibarət olmamasıdır. Bu gün informasiya məkanı da dövlət təhlükəsizliyinin bir hissəsidir. İnternet, sosial media, kiberhücumlar, süni intellekt və müxtəlif informasiya platformaları yeni reallıq yaradıb. Dövlətimizin başçısının ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər önəmli olduğunu vurğulaması məhz bu reallığın ifadəsidir. Burada ən mühüm məsələ cəmiyyətin savadlı və hazırlıqlı olmasıdır. Prezident ideoloji təxribatlara qarşı əsas vasitələr kimi, ilk növbədə, təhsili və vətənpərvərliyi göstərdi. Çünki informasiya savaşında insanın ən böyük müdafiəsi onun düşünmək, müqayisə etmək və həqiqəti yalandan ayırmaq qabiliyyətidir. Bu gün Azərbaycan üçün milli təhlükəsizlik anlayışı məhz buna görə daha geniş məna daşıyır. Sərhədi qorumaq vacibdir. Amma informasiya sərhədini qorumaq da artıq dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib.

Zəfərin yaratdığı imkanlar uzunmüddətli inkişafın təməl daşına çevrilir

“Prezidentin Qurultayda iqtisadi məsələlərə xüsusi diqqət yetirməsi də təsadüfi deyildi. O, son iki ildə keçirilmiş Beynəlxalq İnvestisiya forumlarında imzalanmış müqavilələrin ümumi dəyərinin 20 milyard dollardan çox olduğunu bildirdi. Eyni zamanda, gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını açıqladı. Burada bir məqam xüsusilə diqqətəlayiqdir, güclü dövlət yalnız güclü ordu demək deyil. Güclü dövlət həm də iqtisadiyyatı dayanıqlı, enerji imkanları geniş, nəqliyyat infrastrukturu inkişaf etmiş və vətəndaşının sosial rifahını təmin edə bilən dövlətdir. Azərbaycanın enerji siyasəti də bu baxımdan artıq yalnız iqtisadi məsələ deyil.

Prezident onu da qeyd etdi ki, Azərbaycan xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsal və ixrac edən ölkəyə çevrilib. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyidir və Azərbaycanın bu sahədə rolu daha da artacaq. Nəqliyyat dəhlizləri də eyni strategiyanın başqa istiqamətidir”, - deyə C.Feyziyev bildirib.

O, YAP-ın VIII Qurultayında səsləndirilən mesajları qısa ifadə ilə belə izah edib: “Azərbaycan Zəfərdən sonrakı mərhələyə keçib və bu mərhələnin əsas vəzifəsi əldə edilmiş nəticələri qorumaq, dövlətin gücünü daha da artırmaq və yeni imkanları milli inkişafın dayağına çevirməkdir. Bu mərhələdə qarşıda duran vəzifələr artıq yalnız Qarabağ məsələsi ilə məhdudlaşmır. Güclü ordu, güclü iqtisadiyyat, enerji və nəqliyyat imkanları, ideoloji təhlükəsizlik, savadlı və vətənpərvər cəmiyyət, müstəqil xarici siyasət və Böyük Qayıdış. Prezidentin qurultaydakı çıxışında təqdim etdiyi yeni gündəliyin əsas istiqamətləri məhz bunlardır. Azərbaycan artıq itirilmiş torpaqlarını qaytarmaq uğrunda mübarizə aparan dövlət deyil. İndi əsas məsələ qazandığını qorumaq, dövlətin gücünü daha da artırmaq və Zəfərin yaratdığı imkanları uzunmüddətli inkişafın təməl daşına çevirməkdir. Bu isə hərbi qələbədən daha geniş anlayışdır. Bu, dövlətçilik məsələsidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see341

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see321

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see285

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see284

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see283

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see278

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see271

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see262

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see262

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see258

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see245

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see244

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see241

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see230

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see226

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see225

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see224

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see221

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see218

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri