Icma.az
close
up
RU
Deputat Milli Məclisdə Elgündən DANIŞDI

Deputat Milli Məclisdə Elgündən DANIŞDI

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Mən son günlər cəmiyyəti sarsıdan, böyük gərginliyə səbəb olan bir məsələyə diqqət yönəlmək istəyirəm. Gəncədə qətlə yetirilən 17 yaşlı məktəbli Elgün İbrahimovun faciəsinə. Xatırlayırsınızsa, 2022-ci ilin noyabrında da Şağan Olimpiya kompleksindəTuran Rüstəmov adlı 16 yaşlı bir gənc öldürülmüşdü".

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Elnurə Akimova Milli Məclisin bugünkü plenar iclasında deyib.

"Hər dəfə belə qətllər ardınca böyük müzakirə dalğası gətirir, səbəblər üzərində düşünməyə başlayırıq, çünki doğrudan da büyük bir mənəvi zərbə alırıq. Bu ağrını hamımız canımızda hiss edirik. Təbii prosesdir. Ernest Heminqueyin “Əcəl zəngi” əsərinin epiqrafında XVII əsr ingilis şairi Con Donun belə bir fikri yer alıb: “Hər insanın ölümü mənim ömrümü gödəldir, çünki mən bəşəriyyətin ayrılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən; sənsən dünyadan köçən”!  

Niyə belə olur, gələcək bu qism faciələrin qarşısını almaq üçün nə etmək olar? Burada biz nə etsək də, bütün problemlərimizin kökü ilk növbədə, təhsilə gedib çıxır. Düşünürəm ki, bu gün məktəblərdə psixologiya fənninin dərinləşməsinə diqqət yetirilməlidir. Psixoloqlarımızın məktəblərə cəlb olunmasına və onlara ayrılmış zaman çərçivəsində həqiqətən də məktəblilərlə psixoloji təlimlər keçilməsinə, psixoloji hazırlıqlara rəvac verilməsinə çox böyük ehtiyac var. O qədər ciddi şəkildə yanaşılmalıdır ki, məsələyə, deyək ki, doğrudan da, əsl psixologiya peşəsinə sahib olanlar bura cəlb olunmalıdırlar. Yəni kimya müəllimi, fizika,texnologiya, yaxud biologiya müəllimi gəlib psixologiya fənini tədris eləməməlidir. Əks təqdirdə bu, aydın məsələdir ki, heç bir nəticə verməyəcək.Unutmayaq ki, bu günün məktəblisi təkcə riyaziyyat testini yox, boşanmış ailə mühitini, depressiyanı, zorakılığı, özünü ifadə edə bilməmək ağrısını, ailə gözləntilərini, kiber zorakılığı və özgüvən çatışmazlığını da daşıyır. Bu işə doğrudan da işin peşəkarları, bu ixtisası daşıyanlar cəlb olunmalıdır ki, məlum yükü daşımağa həm səlahiyyəti, həm də qüdrəti çatsın. Bugün aydın  məsələdir ki, məktəblərimizdə mütaliəsiz bir nəsil yetişir".

Deputat qeyd edib ki, dil çevrəsi qapanmış, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdanuzaq düşən bir nəsil yetişir və bu artıq böyük bir problemə çevrilməkdədir.

"Mən dəfələrlə bu məsələni aktuallandırmışam ki, təhsilimizdə, dərsliklərimizdə ədəbiyyatımıza diqqət bir başqa olmalıdır. Çünki ədəbiyyat daha çox mənəviyata toxunan bir sahədir, mənəviyata xidmət edən bir sahədir. Amma baxaq görək, dərs yükünün ağırlığı uşaqlara mütaliə üçün imkan verirmi? Heç təsadüfi deyil ki, Prezident İlham Əliyev bu ayın 10-da Ağdamda Kəngərli sakinləri ilə də görüşdə qalib olmağımıza əsas səbəb kimi bizim mənəviyyatımız, ədəbiyyatımız, mədəniyyətimiz, ailə və məktəbi göstərdi. Bu mənəviyyat, mədəniyyət təməllərini qorumaq lazımdır. Baxın, Prezident Qarabağda sıfırdan başlayaraq necə böyük işlər görür. Bizim axı bugün bütün sahələrdə yaxşı ənənəmiz var, bizim ədəbiyyət ənənəmiz var, bizim mədəniyyət ənənəmiz var, sadəcə o təməlllərin laxlamasına imkan verməməliyik. Yaranmış boşluqlarımıza diqqət yönəltməliyik. Məsələn, məktəblərdə bizim şagirdlərin saç düzümü, qeyimi, yəni bunlar diqqət mərkəzində olmalıdır. Məktəb yalnız sertifikasiya imtahanları üçün sınaq meydanı deyil. Məktəb əxlaqı, dünyagörüş və yüksək mənəviyyatı formalaşdıran bir ocaqdır. Ona görə bu qism məsələlərdə həssas davranmalı, gecikməməliyik. Gecikəndə, bax belə adda-budda daolsa negativləri çıxır və bu negativlərin böyük bir dalğaya çevrilməməsi üçün düşünürəm ki, bir cəmiyyət olaraq doğrudan da narahat olmalı və işlər görməliyik.

Biz bu yolla uşaqlarımızı böyük bəla olan narkomaniyadan da uzaqlaşdıra bilərik. Məlum məsələdir ki, daha çox psixoloji durumu yerində olmayan yeniyetməni narkotiklərə öyrəşdirmək daha asandır. Bu mənada psixoloqların üzərinə böyük iş düşür.

Bu məsələ inzibati yox, strategiya məsələsidir. Təhsil Nazirliyi və dövlət bu sahəni sıradan bir kadr problemi kimi deyil, uşaq hüquqları və cəmiyyətin gələcəyi kimi görməlidir. Elə məsələlər var ki, onların müzakirəsi hansısa bir cariliyə, gündəm müzakirəsinə bağlıdır. Gəlir, müzakirə olunur və keçib gedir. Bir mövzu isə hər bir zaman prioritet olmalıdır hər bir xalqın, dövlətin qarşısında. Bu da maarifçilikdir. Necə deyirdi XX əsrin əvvəllərində Ömər Faiq Nemanzadə? Deyirdi ki, işığımız sönməyəcək. Deyirdi və bunun üçün addımlar atırdı. Biz də o ışığı qorumalıyıq ki, gələcək faciələrin, gənclərin ölümlərinin qarşısını ala bilək", - deyə E.Akimova bildirib.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 May 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri