Icma.az
close
up
RU
Deputat: “Neftin qiymət dəyişikliyi 2026 cı il büdcəsinə ciddi təsir göstərməyəcək”

Deputat: “Neftin qiymət dəyişikliyi 2026 cı il büdcəsinə ciddi təsir göstərməyəcək”

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin plenar iclasında 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Heydər Əsədov neftin dünya bazar qiymətinin büdcəyə təsiri ilə bağlı vacib məqamları açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki. büdcənin neft-qaz sektorundan gəlirləri struktur baxımından elə formalaşdırılıb ki, qiymət dəyişikliyi ümumi büdcə sabitliyi üçün təhlükə yaratmır.

Deputat qeyd edib ki, neft-qaz sektorundan büdcəyə daxilolmalar 16,4 milyard manat təşkil edir və bunun 12,8 milyardı birbaşa Dövlət Neft Fondundan transfertlərdir:

“Neftin qiyməti istər 1 dollar, istər 100 dollar olsun, bu transfert məcburidir və büdcəyə ödəniləcək. Yəni qiymət dəyişməsi yalnız qalan 3,6 milyard manata təsir edə bilər”.

Əsədov hesablamalara diqqət çəkərək deyib ki, neftin orta illik qiymətinin hətta 10 dollar aşağı düşməsi belə büdcəyə maksimum 250–300 milyon manat təsir göstərə bilər:

“Bu, büdcənin cəmi 0,6–0,7 faizinə bərabərdir və heç bir problem yaratmır”.

Deputatın sözlərinə görə, neft qiymətləri daha çox Dövlət Neft Fondunun aktivlərinə təsir kontekstində müzakirə olunmalıdır. O bildirib ki, Fondun aktivləri artıq 70 milyard dolları keçib və burada əsas məsələ vəsaitlərin hara və necə yerləşdirilməsi ilə bağlıdır.

Heydər Əsədov dünya maliyyə bazarlarında etimadın azalması fonunda qızıla investisiyaların əhəmiyyətinin artdığını qeyd edib:

“Hazırda Neft Fondunun ehtiyatlarının 25 milyarda yaxını qızıla yatırılıb və bu, ümumi aktivlərin təxminən 35 faizini təşkil edir”.

Onun sözlərinə görə, qızılın qiyməti ilə bağlı artım proqnozları bu strategiyanın dayanıqlığını təsdiqləyir.

Deputat çıxışında borclanma məsələsinə də toxunub. O, bir çox ölkələrdə dövlət borcunun ÜDM-i üstələməsinin ciddi narahatlıq yaratdığını xatırladıb:

“Dünyada əsassız emissiyalar və tədbirlər valyutaların alıcılıq qabiliyyətini sürətlə aşağı salır. Bu da investisiya dəyərinin artmasına səbəb olur”.

Əsədov Azərbaycanın xarici borclanma siyasətini müsbət qiymətləndirib və bildirib ki, büdcədə müəyyən edilən 6 milyard manatlıq xarici borclanma limiti iqtisadi baxımdan optimaldır:

“Uzunmüddətli perspektivdə dəyərdən düşmüş valyutanın qaytarılması kumulyativ effekt baxımından ölkəmiz üçün çox faydalı ola bilər”.

Afət Ziyadqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 19 Noyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see365

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see197

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see136

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri