Deputat: O cür televerlişlərin yayımı dayandırılsın
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb.
Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.
O deyib ki, bu gün boşanmaların, uşaqların törətdikləri cinayətlərin sayının sürətlə artması ciddi narahatlıq doğurur:
“Ailə institutunun güclənməsi üçün ciddi addımlar atmalıyıq. Bu prosesə televiziya verilişləri də ciddi mənfi təsir göstərir. Hesab edirəm ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb. Bu məsələlərdə cəmiyyətin də üzərinə ciddi məsuliyyət düşür. 16 yaşlı qızın toyunda iştirak edən hər kəs o cinayətin vəbalına da şərikdir. Necə olur ki, bu qədər insanın biri bu qeyri-qanuni əmələ reaksiya vermir?”.

