Icma.az
close
up
RU
Deputat: Orbanın gedişində müəyyən korrektələr qaçılmazdır

Deputat: Orbanın gedişində müəyyən korrektələr qaçılmazdır

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Aprelin 12-də Macarıstanda keçirilən parlament seçkiləri ölkənin siyasi mənzərəsində ciddi dəyişiklik yaradıb. Səslərin böyük hissəsi sayıldıqdan sonra müxalif “Tisa” partiyasının qələbəsi və uzun illər hakimiyyətdə olan Viktor Orbanın rəhbərlik etdiyi "Fidesz" partiyasının məğlubiyyəti artıq əsas müzakirə mövzusuna çevrilib. Yeni hakimiyyət fonunda Azərbaycan – Macarıstan münasibətlərinin gələcəyi də diqqət mərkəzindədir. Azərbaycan - Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elman Nəsirov bu məsələlərlə bağlı Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, Macarıstanda baş verən hakimiyyət dəyişikliyi ilk növbədə daxili sosial-iqtisadi problemlərlə bağlıdır:

“12 aprel seçkilərinin nəticələri göstərdi ki, artıq Macarıstanda yeni siyasi reallıq formalaşıb. Səslərin böyük hissəsinin sayılması fonunda müxalif "Tisa" partiyasının 158 mandat qazanması onun inamlı qələbəsindən xəbər verir. Viktor Orbanın rəhbərlik etdiyi Fidesz partiyasının məğlubiyyətini bir sıra amillərlə izah etmək mümkündür. Baxmayaraq ki, Macarıstanda kommunal ödənişlər Avropada ən aşağı səviyyədə idi, vətəndaşların sosial rifahı ciddi şəkildə pisləşmişdi”.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə münasibətlərdə yaranmış gərginlik də bu nəticəyə təsirsiz ötüşməyib:

“Avropa İttifaqı ilə konflikt fonunda Macarıstana ayrılmış 36 milyard avro vəsaitin dondurulması ölkə iqtisadiyyatına ciddi zərbə vurdu. Bu məbləğ ölkənin ÜDM-nin təxminən 8-11 faizini təşkil edir ki, bu da kifayət qədər böyük göstəricidir”.

Elman Nəsirov əlavə edib ki, beynəlxalq amillər, xüsusilə ABŞ faktorunun da seçki nəticələrinə təsiri olub:

“Donald Tramp və onun komandasının Orban hakimiyyətinə açıq dəstəyi əks effekt verdi. ABŞ-nin Avropa İttifaqı ilə münasibətlərinin gərgin olduğu bir vaxtda bu dəstək Avropa ictimai rəyində mənfi qarşılandı. Hətta ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin seçkilər ərəfəsində Budapeştə səfəri və Orbanı dəstəkləməsi də nəticəyə təsir göstərdi”.

Deputat qeyd edib ki, hökumət nümayəndələrinin bəzi danışıqlarının ictimaiyyətə sızdırılması da hakim partiyanın mövqelərini zəiflədib:

“Macarıstan rəsmilərinin, o cümlədən xarici işlər naziri Peter Siyartonun Rusiya ilə bağlı danışıqlarının ifşa olunması cəmiyyətdə narazılıq yaratdı. Tarixi faktorları nəzərə alsaq, bu məsələ macar cəmiyyətində xüsusi həssaslıq doğurur”.

Azərbaycan – Macarıstan münasibətlərinə toxunan Elman Nəsirov hesab edir ki, mövcud strateji əlaqələr asanlıqla pozulmayacaq:

“Azərbaycan və Macarıstan arasında formalaşmış münasibətlər kifayət qədər möhkəm təməllərə əsaslanır. Bu əlaqələr təkcə siyasi deyil, həm də iqtisadi və enerji sahələrini əhatə edir. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və qaz sahəsində birgə layihələr qarşılıqlı maraqlara əsaslanır. Ona görə də hesab edirəm ki, yeni hakimiyyət bu kursu tam şəkildə dəyişməyəcək”.

Onun fikrincə, “Tisa” partiyasının xarici siyasətində Azərbaycanla əməkdaşlıq müəyyən səviyyədə davam edəcək:

“Yeni hakimiyyətin daha çox Avropa İttifaqı ilə münasibətləri normallaşdırmağa üstünlük verəcəyi gözləniləndir. Bununla belə, Azərbaycanla əməkdaşlıq da praqmatik maraqlar çərçivəsində davam etdiriləcək. Enerji təhlükəsizliyi məsələləri burada xüsusi rol oynayır”.

Deputat hesab edir ki, Macarıstandakı siyasi dəyişikliklər daha geniş geosiyasi proseslərə də təsir edə bilər:

“Orbanın hakimiyyətdən getməsi Avropa İttifaqının Ukraynaya ayırmaq istədiyi maliyyə və hərbi dəstək paketlərinin reallaşmasını asanlaşdıra bilər. Bu isə həm Rusiya-Ukrayna müharibəsinin gedişinə, həm də ABŞ–Avropa İttifaqı münasibətlərinə təsirsiz ötüşməyəcək. Gərginliyin artması ehtimalı kifayət qədər yüksəkdir”.

Elman Nəsirov sonda vurğulayıb ki, yeni siyasi mərhələdə Bakı ilə Budapeşt arasında münasibətlərin taleyi daha çox qarşılıqlı maraqlar və real siyasət üzərində qurulacaq:

“Düşünürəm ki, Azərbaycan – Macarıstan əlaqələri şəxslərə deyil, dövlətlərin strateji maraqlarına əsaslanır. Bu baxımdan münasibətlərin davamlılığı üçün ciddi risklər görmürəm, lakin müəyyən korrektələrin olacağı istisna deyil”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Aprel 2026 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri