Icma.az
close
up
RU
İrana cavab qaçılmazdır Deputat

İrana cavab qaçılmazdır Deputat

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaxın Şərqdə gərginlik son günlər daha da artaraq region ölkələrinə təsir göstərməyə başlayıb. ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar fonunda qarşılıqlı zərbələr davam edir. Artan gərginlik artıq Azərbaycan sərhədlərinə də təsir göstərib. Martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, istənilən müharibə region ölkələrinə təsirsiz ötüşmür. 
"Qonşuluqda genişmiqyaslı hərbi qarşıdurmanın getdiyi dövrdə sərhəd təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb edir. Belə şəraitdə İranın müxtəlif istiqamətlərdə gərginliyi artırması onun müdafiə imkanlarını da zəiflədən amillərdən biridir. Naxçıvana endirilən hava zərbələri isə regionda təhlükəsizlik mühitinə birbaşa təhdid yaradan ciddi hadisə kimi qiymətləndirilir".
Deputat bildirib ki, baş verən hadisə İran hakimiyyətində mövcud olan anti-Azərbaycan mövqeli qüvvələrin fəaliyyəti ilə izah olunur:
"Bu addım təsadüfi deyil və regiondakı gərginlik fonunda məqsədli xarakter daşıdığı ehtimal edilir. Prezident İlham Əliyevin Silahlı Qüvvələri döyüşə hazırlıq vəziyyətinə gətirməsi isə Azərbaycanın təhlükəsizliyinin təmin olunması və mümkün cavab tədbirlərinə hazırlıq baxımından atılmış addım kimi dəyərləndirilir. İran tərəfinin hadisə ilə bağlı səsləndirdiyi izahlar isə baş verənlərin mahiyyətini tam aydınlaşdırmağa imkan vermir. Bu da hücumun təsadüfi deyil, planlaşdırılmış addım olması ehtimalını daha da gücləndirir. Xüsusilə nəzərə alınmalıdır ki, son illər ərzində İran rəsmilərinin və müxtəlif siyasi dairələrinin Azərbaycana qarşı təhdid xarakterli bəyanatları dəfələrlə səsləndirilib".
Onun sözlərinə görə, əgər İran hakimiyyəti Naxçıvana endirilən zərbələrlə bağlı qısa müddətdə inandırıcı açıqlama verməz və beynəlxalq hüquq çərçivəsində məsuliyyətini qəbul etməzsə, Azərbaycanın cavab tədbirləri qaçılmaz ola bilər. 
"Azərbaycan öz suverenliyini və ərazi təhlükəsizliyini qorumaq üçün bütün zəruri vasitələrə malikdir və belə bir zərurət yaranacağı halda müvafiq addımların atılması istisna edilmir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Mart 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri