Icma.az
close
up
RU
Azərbaycanda parlament respublikasını qurmaq alınmayacaq DEPUTAT

Azərbaycanda parlament respublikasını qurmaq alınmayacaq DEPUTAT

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın mədəni və iqtisadi potensialı liberal iqtisadiyyat modeli üçün əlverişlidir, lakin bu, liberal siyasi sistemin formalaşmasına zəmin yaratmır.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Erkin Qədirli  noyabrın 5-də Bakıda keçirilən XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər — “2025: Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib.

“Azərbaycan xalqının mədəniyyəti liberal iqtisadiyyat modeli üçün çox yararlıdır. Xalq çalışqandır, ticarəti bacarır, ailəsini dolandırmaq üçün motivasiyalıdır. İqtisadi islahatları düşünərkən deyə bilərəm ki, ölkə iqtisadiyyatı liberallaşdırılmalıdır. Lakin nəzarət və mərkəzləşdirmə cəhdləri inkişafı əngəlləyir,” – Qədirli vurğulayıb.

Deputat qeyd edib ki, xalqın bu iqtisadi davranış ənənələri paradoksal şəkildə liberal siyasi sistemin, o cümlədən parlament respublikası modelinin formalaşmasına mane olur.

“Azərbaycan üçün parlament respublikasını qurmaq alınmayacaq. Cəhdlər olub, amma nəticə verməyib. Liberal iqtisadiyyat mümkündür, amma parlament respublikası deyil", - o bildirib. 

Qədirli həmçinin Azərbaycanın sosial dövlət modeli ilə bağlı fikirlərə də münasibət bildirib.

“Çox zaman eşidirik ki, Azərbaycan sosial dövlətdir. Amma bu, nə Konstitusiyaya görə, nə də iqtisadi göstəricilərə görə belə deyil. Dünya Bankının 2024-cü il məlumatına əsasən, Azərbaycanda toplanan vergilərin ÜDM-ə nisbəti 19 faizdir, ABŞ-da isə bu göstərici 34 faizdir. Amma ABŞ sosial dövlət deyil. Sosial dövlət olan ölkələrdə bu nisbət 40 faizi aşır", - deputat qeyd edib.

Onun sözlərinə görə, sosial dövlət ideyası ehtiyatla yanaşılmalı anlayışdır.

“Sosial dövlət o deməkdir ki, dövlət daha çox vergi toplayaraq vətəndaşların rifahını birgə təmin etməyə çalışır. Amma bu, bizim Konstitusiyanın ruhuna uyğun gəlmir", - Qədirli əlavə edib. (Mənbə: anews)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Noyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri