Icma.az
close
up
RU
Deputat parlamentdə dabaq xəstəliyindən DANIŞDI

Deputat parlamentdə dabaq xəstəliyindən DANIŞDI

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Kənd təsərrüfatı ölkəmizin iqtisadi təhlükəsizliyinin ərzaq təminatının və regionların sosial rifahının mühüm dayaqlarından biridir. Bu sahənin davamlı inkişafı heyvan sağlamlığının qorunması və biotəhlükəsizlik tədbirlərinin səmərəli icrası ilə birbaşa bağlıdır. Son günlər kəndlərdə dabaq xəstəliyinin yayılması ilə bağlı ciddi narahatlıq müşahidə edilir. Sosial şəbəkələrdə də fermerlərin və heyvandarlıqla məşğul olan vətəndaşların bu məsələ ilə bağlı paylaşımları, çağırışları artır. Bu həm cəmiyyətin məsuliyyət hissinin göstəricisidir həm də dövlət qurumlarında daha çevik və şəffaf fəaliyyət tələb edir".

Redaktor.az xəbər verir ki, bu barədə deputat Müşfiq Cəfərov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı danışdı.

O bildirdi ki, dabaq xəstəliyi kənd təsərrüfatı heyvanlarının yüksək yoluxucu və təhlükəli virus xəstəliyidir:

"O, heyvanların məhsuldarlığını azaldır, iqtisadi itkilərə səbəb olur və ixrac potensialına mənfi təsir edir. Bu səbəbdən dabaq xəstəliyinə qarşı profilaktika dövlət səviyyəsində qətiyyətli məsələ kimi dəyərləndirilməlidir. Ən vacib addım mütəmadi vaksinasiya və peyvəndləmə işlərinin fasiləsiz aparılmasıdır. Riskli ərazilərdə bütün sağlam heyvanlar dövrü şəkildə peyvəndlənməli, vaksin təminatı vaxtında və tam həcmdə həyata keçirilməlidir.

Eyni zamanda, biotəhlükəsizlik tədbirləri, karantin, sanitariya və dezinfeksiya prosesləri bütün təsərrüfatlarda sistemli şəkildə aparılmalıdır. Yeni gətirilən heyvanların karantində saxlanılması yoluxma riskinin minimuma endirilməsi vacibdir. Erkən xəbərdarlıq və nəzarət mexanizmləri də gücləndirilməlidir. Fermerlər də bu təhlükənin simptomları, qızdırma, ağız və dırnaq ətrafında yaranan yaralar, iştahsızlıq, dərhal baytarlıq xidmətlərinə bildirilməli, diaqnostika və təcrid prosesi operatiyv həyata keçirilməlidir".

Deputat qeyd etdi ki, dabaq nadir hallarda insana keçə bilir.

"Bu, adətən çiy və ya pasterizə oluncmamış süd və ət məhsullarının qəbulu zamanı mümkün olur. Bu baxımdan həm əhalinin maarifləndirilməsi, həm də qida təhlükəsizliyinə nəzarət tədbirləri gücləndirilməlidir. Dabaq xəstəliyinə qarşı mübarizə və profilaktika tədbirlərinə Aqrar Xidmətlər Agentliyi və AQTA məsuldur. Bu qurumlar arasında koordinasiya daha da gücləndirilməli, regionlarda mövcud baytarlıq xidmətlərinin maddi-texniki bazası genişləndirilməlidir. Bu məsələ təkcə baytarlıq xidməti deyil, həm də ərzaq təhlükəsizliyi və kənd əhalisinin sosial rifah məsələsidir", - deyə Müşfiq Cəfərov bildirdi.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri