Icma.az
close
up
RU
Deputat uşaqpulu ndan DANIŞDI

Deputat uşaqpulu ndan DANIŞDI

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

““Uşaqpulu” məsələsinin müzakirəsi təkcə maliyyə deyil, həm də demoqrafiya, sosial siyasət, ailə institutunun möhkəmlənməsi və gələcək insan kapitalının qorunması baxımından strateji əhəmiyyət daşıyır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

O bildirib ki, Azərbaycanda hazırda yeni doğulan uşağa görə 600 manat birdəfəlik müavinət verilir:

“Bu, xüsusilə azgəlirli ailələr üçün müəyyən dəstəkdir, lakin son illərin inflyasiyası və bazar qiymətlərini nəzərə aldıqda məbləğin real dəyərinin aşağı düşməsi ictimai müzakirələri artırıb. Ona görə də vətəndaşların məbləğin artırılması ilə bağlı təklifləri başa düşüləndir”.

Deputat qeyd edib ki, bu məsələ mətbuatda və sosial şəbəkələrdə Ermənistanla müqayisələr edilir:

“Ermənistan uzun müddət 300 min dram civarında birdəfəlik ödəniş tətbiq edib. Bu, manat ekvivalentində təxminən 1300–1400 manat aralığına düşür. Son dönəmlərdə hökumət bu məbləğin artırılması və yeni doğulan uşaqlar üçün daha yüksək dövlət dəstəyi paketi barədə rəsmi açıqlamalar verib.

Buna görə də bəzi mediada 2300 manat kimi rəqəmlər səsləndirilir, lakin bu rəqəmlər valyuta kursu və yeni təkliflərin dəyərləndirilməsinə və qəbuluna uyğun olaraq dəyişə biləcək. Yəni standart, sabit şəkildə “Ermənistan 2300 verir, Azərbaycan 600 verir” yanaşması tam dəqiq deyil. Müqayisələr aparılarkən konkret tarix və məzənnə nəzərə alınmalıdır.

Müqayisələri yalnız Ermənistanla deyil, digər ölkələrlə də edək. Regionda müxtəlif modellər var. 

Gürcüstanda birdəfəlik müavinətlər 1000–2000 lari arasında dəyişir, sosial durum və statusdan asılı olur. Bu da bizim valyuta ilə 600 -1230 manat edir. Türkiyə ailəyə yalnız birdəfəlik pul verilməsi ilə kifayətlənilmir – hamiləlikdən sonrakı dövrə qədər geniş paket, aylıq müavinətlər və vergi güzəştləri kimi sistemli dəstəklər var. 

Rusiyada isə “ana kapitalı” modeli tətbiq edilir, hansı ki, ailə bu pulu təkcə istehlaka yox, ipoteka, uşaq bağçası, təhsil və mənzilə yönəldə bilir. Bir çox Avropa ölkələri “uşaqpulu”nu sosial siyasətin əsası sayır və hər uşağa görə həm aylıq, həm də vergi güzəştləri verir. Yəni beynəlxalq təcrübə göstərir ki, bu məsələdə "verilsin, yoxsa verilməsin” yox, “necə verilsin və hansı effekt yaratsın”  sualı daha aktualdır”.

Deputat bu məsələ ilə bağlı səslənən bəzi fikirlərlə də razılaşmadığını deyib:

“Bəzən səslənən fikir budur ki, dövlət məcbur deyil, kim uşaq dünyaya gətirirsə, özü baxmalıdır. Bu yanaşma daha çox 19-cu əsr liberal iqtisadi fəlsəfəsinə uyğun gəlir. Müasir dövrdə isə sosial dövlətlər uşaq və ana təhlükəsizliyi, sağlamlıq, təhsil və insan kapitalı məsələsinə strateji yanaşır. Uşağın sağlam böyüməsi gələcəkdə əmək bazarına daha sağlam, təhsilli və bacarıqlı nəsil vermək deməkdir. 

Uşaqların erkən yaşda qidalanması, uşaqpulu vasitəsilə sosial müdafiəsi, peyvəndi, tibbi müayinəsi və psixoloji inkişafı üçün qoyulan dövlət xərcləri bu gün dövlətin yükünü artıra bilər, amma gələcəkdə xərcləri azaldır və iqtisadi məhsuldarlığı artırır. Bu səbəbdən uşaqpulu həm humanist addımdır, həm də iqtisadi sərmayədir.

Eyni zamanda, burada məsələ təkcə məbləğin artırılmasında deyil. Əgər büdcəyə düşən yük ağır görünürsə, mərhələli siyasət tətbiq edilə bilər: daha aşağı gəlirli ailələr üçün daha yüksək dəstək, inflyasiyaya uyğun indeksləşmə və şəffaf mexanizm. Nağd vəsaitin özü ilə yanaşı, dövlətin xidmət paketləri də gücləndirilə bilər. 

Bura uşaq bağçalarının əlçatanlığı, ana və uşağın pulsuz tibbi xidməti, doğuşdan sonra sosial dəstək proqramları, doğuşdan sonrakı tibbi nəzarət, psixoloji və sosial reabilitasiya proqramları, sağlam qidalanmaya əlçatanlıq, dərman təminatı və buna bənzər digər xidmətlər daxildir.

Nəticə etibarilə, müzakirələr emosional deyil, real faktlar, iqtisadi imkanlar və uzunmüddətli milli maraqlar əsasında aparılmalıdır. “Uşaqpulu” nə xərclənən puldur, nə də sadəcə populist addım. Bu, dövlətin gələcək vətəndaşı üçün qoyduğu sərmayədir. Əsas odur ki, siyasət şəffaf, ədalətli, mərhələli və davamlı olsun”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri