Icma.az
close
up
RU
Deputat parlamentdə Elgün olayından danışdı:

Deputat parlamentdə Elgün olayından danışdı:

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin bu gün keçirilən iclasında Gəncədə ağır vəziyyətdə tapılan və bir gün sonra xəstəxanada vəfat edən 17 yaşlı məktəbli Elgün İbrahimovdan söz açılıb.

Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin deputatı Elnarə Akimova danışıb.

O qeyd edib ki, Elgün İbrahimovun ölümü cəmiyyəti sarsıdıb.

"Xatırlayırsınızsa, 2022-ci ilin noyabrında da Şağan Olimpiya kompleksində Turan Rüstəmov adlı 16 yaşlı bir gənc öldürülmüşdü. Hər dəfə belə qətllər ardınca böyük müzakirə dalğası gətirir, səbəblər üzərində düşünməyə başlayırıq, çünki doğrudan da büyük bir mənəvi zərbə alırıq. Bu ağrını hamımız canımızda hiss edirik. 

Niyə belə olur, gələcək belə faciələrin qarşısını almaq üçün nə etmək olar? Burada biz nə etsək də, bütün problemlərimizin kökü ilk növbədə təhsilə gedib çıxır. Düşünürəm ki, bu gün məktəblərdə psixologiya fənninin dərinləşməsinə diqqət yetirilməlidir. Psixoloqlarımızın məktəblərə cəlb olunmasına və onlara ayrılmış zaman çərçivəsində həqiqətən də məktəblilərlə psixoloji təlimlər keçilməsinə, psixoloji hazırlıqlara rəvac verilməsinə çox böyük ehtiyac var. O qədər ciddi şəkildə yanaşılmalıdır ki, məsələyə, deyək ki, doğrudan da, əsl psixologiya peşəsinə sahib olanlar bura cəlb olunmalıdırlar. Yəni kimya müəllimi, fizika, texnologiya, yaxud biologiya müəllimi gəlib psixologiya fənini tədris eləməməlidir. Əks təqdirdə bu, heç bir nəticə verməyəcək. Unutmayaq ki, bu günün məktəblisi təkcə riyaziyyat testini yox, boşanmış ailə mühitini, depressiyanı, zorakılığı, özünü ifadə edə bilməmək ağrısını, ailə gözləntilərini, kiber zorakılığı və özgüvən çatışmazlığını da daşıyır. Bu işə doğrudan da işin peşəkarları, bu ixtisası daşıyanlar cəlb olunmalıdır ki, məlum yükü daşımağa həm səlahiyyəti, həm də qüdrəti çatsın. Bu gün aydın məsələdir ki, məktəblərimizdə mütaliəsiz bir nəsil yetişir. Dil çevrəsi qapanmış, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdan uzaq düşən bir nəsil yetişir və bu artıq böyük bir problemə çevrilməkdədir. Mən dəfələrlə bu məsələni aktuallandırmışam ki, təhsilimizdə, dərsliklərimizdə ədəbiyyatımıza diqqət bir başqa olmalıdır. Çünki ədəbiyyat daha çox mənəviyata toxunan bir sahədir, mənəviyata xidmət edən bir sahədir. Amma baxaq görək, dərs yükünün ağırlığı uşaqlara mütaliə üçün imkan verirmi? Heç təsadüfi deyil ki, Prezident İlham Əliyev bu ayın 10-da Ağdamda Kəngərli sakinləri ilə də görüşdə qalib olmağımıza əsas səbəb kimi bizim mənəviyyatımız, ədəbiyyatımız, mədəniyyətimiz, ailə və məktəbi göstərdi. Bu mənəviyyat, mədəniyyət təməllərini qorumaq lazımdır. Baxın, Prezident Qarabağda sıfırdan başlayaraq necə böyük işlər görür. Bizim axı bugün bütün sahələrdə yaxşı ənənəmiz var, bizim ədəbiyyət ənənəmiz var, bizim mədəniyyət ənənəmiz var, sadəcə o təməlllərin laxlamasına imkan verməməliyik. Yaranmış boşluqlarımıza diqqət yönəltməliyik. Məsələn, məktəblərdə bizim şagirdlərin saç düzümü, qeyimi, yəni bunlar diqqət mərkəzində olmalıdır. Məktəb yalnız sertifikasiya imtahanları üçün sınaq meydanı deyil. Məktəb əxlaqı, dünyagörüş və yüksək mənəviyyatı formalaşdıran bir ocaqdır. Ona görə bu qism məsələlərdə həssas davranmalı, gecikməməliyik. Gecikəndə, bax belə adda-budda da olsa negativləri çıxır və bu neqativlərin böyük bir dalğaya çevrilməməsi üçün düşünürəm ki, bir cəmiyyət olaraq doğrudan da narahat olmalı və işlər görməliyik. Biz bu yolla uşaqlarımızı böyük bəla olan narkomaniyadan da uzaqlaşdıra bilərik.",-o deyib. 

Deputat qeyd edib ki,  daha çox psixoloji durumu yerində olmayan yeniyetməni narkotiklərə öyrəşdirmək daha asandır. Bu mənada psixoloqların üzərinə böyük iş düşür:

"Bu məsələ inzibati yox, strategiya məsələsidir. Təhsil Nazirliyi və dövlət bu sahəni sıradan bir kadr problemi kimi deyil, uşaq hüquqları və cəmiyyətin gələcəyi kimi görməlidir. Elə məsələlər var ki, onların müzakirəsi hansısa bir cariliyə, gündəm müzakirəsinə bağlıdır. Gəlir, müzakirə olunur və keçib gedir. Bir mövzu isə hər bir zaman prioritet olmalıdır hər bir xalqın, dövlətin qarşısında. Bu da maarifçilikdir. Necə deyirdi XX əsrin əvvəllərində Ömər Faiq Nemanzadə? Deyirdi ki, işığımız sönməyəcək. Deyirdi və bunun üçün addımlar atırdı. Biz də o ışığı qorumalıyıq ki, gələcək faciələrin, gənclərin ölümlərinin qarşısını ala bilək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 May 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri