Icma.az
close
up
RU
Deputat parlamentdə məktəb problemlərini qaldırdı

Deputat parlamentdə məktəb problemlərini qaldırdı

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Son illərdə Kürdəmir rayonunda bir neçə müasir məktəb binaları tikilib, bəzi məktəb binaları əsaslı təmir olunub. Yeni istifadəyə verilən məktəblər ən müasir avadanlıqlarla təchiz edilmiş buna uyğun olaraq yerlərdə təhsilin səviyyəsi də artıb. Lakin rayon ərazisində əsaslı təmirinə və ya tikintisinə zəruri ehtiyac duyulan qəzalı və istismara az yararlı məktəb binaları hələ də mövcuddur".

Redaktor.az xəbər verir ki, bu barədə deputat Əminə Ağazadə parlamentdə büdcə müzakirələri zamanı bildirdi.

Onun sözlərinə görə, rayonun Karrar qəsəbə Elxan Zülfüqarov adına, Şirvan Pirli 2 saylı şəhər tam orta məktəblərinin tikintisinə ciddi ehtiyac vardır. Rayon üzrə ən yüksək nəticələr göstərən şagirdlər də elə həmin məktəblərdəndir. Təhsilin dövlətimiz üçün daim prioritet olduğunu nəzərə alaraq Kürdəmir rayonuna yeni məktəb binalarının tikintisinin diqqətdə saxlanmağınızı xahiş edirəm.

Növbəti məsələ isə Kürdəmir rayon uşaq incəsənət məktəbi ilə bağlıdır. Mən ötən illərin büdcə müzakirələri zamanı da bu haqda məsələ qaldırmışdım və Nazirlər Kabinetinə müraciət etmişəm. Onu da bildirmək istəyirəm ki, Kürdəmir rayon uşaq incəsənət məktəbi ölkədə azsaylı tədris müəssisələrindəndir ki, musiqi fənni ilə başqa eyni zamanda rəssamlıq və rəqs fənni də tədris edir. Bu məktəbdə təhsil alan uşaqlar regional müsabiqələrdə yüksək nəticələr əldə etməklə yanaşı, sonradan təhsillərini ölkənin ali incəsənət ocaqlarında da davam etdirirlər. Yetişən gənc nəslin mədəni-mənəvi inkişafında əvəzsiz rolu olan rayon uşaq incəsənət məktəbi üçün yeni binanın inşa edilməsini rayon əhalisi adından xahiş edirəm.

Hamımıza məlumdur ki, rayon əhalisinin təsərrüfat fəaliyyətində yol infrastrukturu ən vacib məsələlərdəndir. Son illər Kürdəmir rayonunun bir çox kəndlərinə yeni yollar çəkilib, nəqliyyat layihələri icra edilib.

Kürdəmir rayonunun Qarabucaq, Təklə və digər yaşayış məntəqələrindəki yolsuzluq problemi kənd əhalisinin təsərrüfat fəaliyyətində ciddi ziyan vurur. İstehsal edilmiş məhsulların mövcud bazarlara çıxışına imkan vermir. Bu baxımdan gələn ilin dövlət büdcəsində yuxarıda adları çəkilən yaşayış məntəqələrinə yolların çəkilməsini nəzərdə tutulmasını xahiş edirəm", - deyə o yekunlaşdırdı.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Dekabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri